Simuşir
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Simuşir adası — Kuril adalarına daxil olan Böyük Kuril cərgəsinə aid ada. İnzibati cəhətdən Saxalin vilayəti Kuril şəhər dairəsinə daxildir. Adada hazırda yaşayış yoxdur.
Kunaşir adası | |
---|---|
rus. Остров Симушир | |
Ümumi məlumatlar | |
Sahəsi | 353 km² |
Uzunluğu |
|
Eni | 12 km |
Hündür nöqtəsi | 1539 m |
Əhalisi | 0 nəfər (2010-cu il) |
Yerləşməsi | |
46°58′00″ şm. e. 152°00′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Simuşir adası şimal-şərqdən cənub-qərbə 59 km məsafədə uzanır. Adanın eni 4 – 15 km arasında dəyişir, orta eni isə 11 km-dir. Adanın sahəsi 353 km²-dir. Maksimal hündürlüyü 1539 metrdir (Miln dağı). Fajtiki olaraq ada üç vulkanın əmələ gətirliyi dağ massivlərinin birləşməsindən əmələ gəlmişdir. Bu dağ massivləri bərzəxlərlə birləşirlər. Adada 3 vulkan vardır: Prevo vulkanı (1360 m), Zavariski vulkanı (625 m), Qoryaşaya Sopka (873 m). 15 noyabr 2006-ci ildə baş vermiş Simuşir zəlzələsindən sonra güçlü sunami əmələ gəlmişdir ki, onun nəticəsində sahildə hündürlüyü 30 metr dalğa əmələ gəlmişdir. Bu son 50 il müddətində ən güçlü sunami olur[1][2].
İri çaylara malik deyildir. Kiçik Simusir çayı eyni adlı buxtaya axır.
Adanın şimal-şərq qutaracağı lava axınları nəticədində formalaşmışdır. Burada Uratman sönmüş vulkanı yerləşir. Adanın mərkəzində dərin Brouton buxtası mövcuddur ki, oda vulkan kraterini təşkil edir. Buxtanın dərinliyi isə 248 metrdir[3]. Buxta qərbdən Qərbi kleşnya, şərqdən isə Şərqi kleşnya.
Adanın mərkəzi hissəsində Zavaris kalderası yerləşir ki, onunda bir hissəsində Biryuzovoe gölü yerləşir. Sahilləri xüsusən cənub və şərq hissədən olduqca parçalıdır.
20 km şimal-şərqdə yerləşın Ketoy adası adasından Diana boğazı, Çornıye Bratya adalarından isə Bussol boğazı ilə ayrılır.
Ada orta Kuril rayonuna daxildir. Adanın iqlimini okeanik adlandırmaq olar. Onun iqliminə mussonlar olduqca böyük təsir göstərir. Mövsümdən asılı olaraq gah okeandan, gah da materikdən adaya güçlü küləklər əsir. Bura Aleut adaları istiqamətindən soyun Oyasio cərəyanı axır. Dünyanın digər regionları arasında İslandiyanın Reykyavik şəhəri ona bənzərdir. Kuril adalarının cənubunda yerləşən digər iri adalardan fərqli olaraq artıq bura Soya isti cərəyanı təsir göstərə bilmir. Onun sahillərində iri buz parçalarının üzməsini müşahidə etmək olur. Güçlü atmosfer axınları ilə əlaqədar burada güçlü tufanlar baş verir ki, onlarında güçü 43 m/s çatır. Küləklər burada il boyu əsir. Kuril adaları üçün rekord illik yağıntının miqdarı 1610 mm[4] təşkil edir ki, oda ada ərazisinə düşür. Şaxtasız günlərin sayı 136 gün çəkir. Dümanın sayəsində düşən günəşli saatların miqdarı 1100 saat təşkil edir. Sentyabr-oktybr aylarında olan duman özü ilə yağışlar gətirur.
İqlim şəraiti Cənubi Kuril adalarına nisbətfə elə də əl verişli deyildir. Bununla belə yumşaq keçən qış ayları Kuril bambukununun bitməsini görmək olur.
Burada sahillərində dəniz samuru, nerpaların müxtəlif növlərinə rast gəlinir. Çoxlu sayda kiçik gəmiricilər və tülkülər vardır.
Adana ilk yayılmış xalq aynular olmuşdur. Elə Aynu dilindən tərcümədə «Böyük ada» mənasını verir. XVIII əsrdə Simuşir adası yapon klanının tərkibinə daxil edilir. Klan 1635-ci ildə samuray Murakami Hironoriyə adanı arsşdırmağı həvalə etmişdir. 1644-cü ildə yapon Simuşirin xəritəsini tərtib edir. Bu təsvir günümüzə qədər qalmışdır. Tokuqava Sequnatı afanın onlara məxsusluğunu 1715-ci ildə bəyan edir. Ancaq həmin ana qədər adalarda yaponlar yaşamırdı. Onlar Saxalin, Kunaşir və Hokkaydodam dəniz cankılarını ovlamaq məqsədi üçün gəlirdilər. 1771-ci ildə adada bir il müddətində dənizçi Qerasim İzmaylov tənha yaşamışdır. 1811-ci ildə adaya ilk rus ekspedisiyası gəlmişdir.
Kuril adalarını tətqiq edən Qolovnin və Rikord 1819-cu ildə xüsusi bir məlumat dərc edirlər. Burada adanın adı Marikan və ya Onaltıncı ada adlanırdı. Bir müddət sonra adanın şimalına Aynular və Aleutlar köçürülür. İnək və qoyun gətirilir.
Ada rəsmən 1855-75-ci illər ərazində Rusiya imperiyasının mülkü olmuşdur. Sonrada ada yaponiyaya verilmişdir. 1945-ci ildə adanı SSRİ ələ keçirmişdir. İşğaldan öncə yaponlar adada şimal maralı saxlayır, balıq tutur və dəniz məhsulları toplayırdılar.
Adada olan Kraternı, Kitoboy, Kostoçka və hərbi baza tərk edilmişdir[5]. Adanın cənubunda seysmoloji stansiya, sərhəd zastavası və Sakit okean sahillərində mayak mövcuddur. Hazırda adada yaşayış yoxdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.