Siklooktan
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Tsiklooktan (oktametilen) — tsikloalkanlar sinfinə aiddir. Kimyəvi formulu — C8H16
Siklooktan | |
---|---|
Ümumi | |
Sistematik adı | tsiklooktan |
Kimyəvi formulu | C₈H₁₆[1] |
Molyar kütlə | 112,213 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,8305 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | +13,5 °S |
Qaynama nöqtəsi | +145 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 292-64-8 |
PubChem | 9266 |
SMILES | C1CCCCCCC1 |
ChEBI | 229287 |
ChemSpider | 8909 |
Tsiklooktan — rəngsiz, kamfora iyli mayedir.
Vilştetter nar ağacı qabığında olan alkaloid psevdopelletriyerindən tsiklooktatetraen almışdır. Tsiklooktatatetraen asanlıqla birləşmə və oksidləşmə reaksiyalarına girir; o, otaq temperaturunda katalizatorun iştirakı ilə hidrogenlə birləşərək, tsiklooktana çevrilir. Tsiklooktan 150oS-də qaynayır. Halqasinda 8-dən artıq (34-ə qədər) karbon olan birləşmələrdən, böyükhalqalı ketonlar, Rujiçkanın və qismən Tsiqlerin tədqiqatı nəticəsində alınmış və öyrənilmişdir.
Böyükhalqalı tsiklik ketonların bəzisi təbiətdə tapılır. Onlardan sibeton və muskonu göstərmək olar. Sibeton İranda və Həbəşistanda rast gələn viverra heyvanının vəzilərindən alınır, müşk iyi verir, 32,5oS-də əriyir. 158–160oS-də qaynayır. Muskon, Orta Asiyada və Tibetdə yaşayan erkək kabarqadan alınan müşkün əsas tərkibini təşkil edir. Muskon 142–143oS-də qaynayan, yağabənzər qatı mayedir. Sibet və müşk qədim zamandan məlum olan xoşiyli, qiymətli ətirli maddələrdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.