Seyran Saroyan
From Wikipedia, the free encyclopedia
Seyran Firdovsi Saroyan[3] (erm. Սեդրակ Ֆիրդուսի Սարոյան ; 3 sentyabr 1967, Qarğabazarı, Üçkilsə rayonu[1] – 13 avqust 2022[2], İrəvan) və ya Sedrak Saroyan[4] — Ermənistan hərbçisi və siyasətçisi, Xocalı soyqırımını törədənlərdən biri.[5][6] 2007-ci ildən 2018-ci ildə istefaya gedənə qədər Ermənistan parlamentində xidmət etmişdir. Saroyan xidmət etdiyi müddətdə Ermənistan Respublika Partiyasına bağlı müstəqil siyasətçi olmuşdur. Saroyan siyasətə gəlməzdən əvvəl Ermənistan Quru Qoşunlarının general-mayoru olmuş, Birinci Qarabağ müharibəsi zamanı 2-ci Ordu Korpusuna komandanlıq etmişdir.