Seylor Merkuri
From Wikipedia, the free encyclopedia
Seylor Merkuri (セーラーマーキュリー, Sērā Mākyurī?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" animanqasında personaj. Əsl adı Ami Mizuno (水野 亜美, Mizuno Ami?) olan Seylor Merkuri gənc yapon tələbə qızdır. Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.
Seylor Merkuri | |
---|---|
Seylor Merkuri "Sailor Moon Crystal" animesindən. | |
Franşiz(lər) | "Seylor Mun" |
Yayın tarixi | "Seylor Mun" #2: "Ami — Seylor Merkuri" (1992) |
Yaradan | Naoko Takeuçi |
Manqada | var |
Animedə | var |
Profil | |
Əsl adı | Ami Mizuno |
İngilis versiyası | Ami Mizuna (Cloverway), Ami Anderson (DIC) |
Növü | insan |
Cinsi | qadın |
Doğum tarixi | 10 sentyabr (Qız) |
Yaşı | 14-16 |
Boyu | 157 sm |
Qan qrupu | A(II) |
Ləqəb(lər)i | Ami, Merkuri şəhzadəsi, Qaranlıq Merkuri |
Komandaları | Seylor döyüşçüləri, Kölgə Qalaktika, Qaranlıq Krallıq |
Gücləri | suyun bütün aqreqat hallarını idarə etmək, manipulyasiya etmək, super zəka |
14-16 yaşlarındadır. 10 sentyabrda anadan olmuşdur. Boyu 158 santimetrdir.
Seylor Merkuri Seylor Mun tərəfindən tapılmış ilk Seylor döyüşçüsüdür, komandanın beynidir.[1] Əsas gücü suyun bütün aqreqat hallarını idarə etmək, onu manipulyasiya etməkdir. Həmçinin IQ səviyyəsi 300 olduğundan çox güclü intellektə malikdir, hər cür texnologiyadan başı çıxır.
"Seylor Mun" manqasından başqa Seylor Merkuri qısa müddət xüsusi olaraq hazırlanmış "Aminin ilk məhəbbəti" manqasından yer almışdır.