From Wikipedia, the free encyclopedia
Seyid İbrahim Hüseyn Qütb (9 oktyabr 1906[1] – 29 avqust 1966[2][3], Qahirə), xalq arasında Seyid Qütb kimi tanınan Misir yazıçısı, pedaqoq, İslam alimi, qutbizmin banisi, inqilabçı və şairdir. O, 1950-1960-cı illərdə Misirdə Müsəlman Qardaşların aparıcı üzvü olub. 1966-cı ildə o, Misir prezidenti Camal Əbdül Nasirə qarşı sui-qəsd hazırlamaqda təqsirli bilinib və asılaraq edam edilib. O, Əl-Qaidə və İŞİD kimi qlobal cihadçı təşkilatların ideoloji köklərini dəstəkləyən dini-siyasi doktrina olan "sələfi cihadçılığının atası" hesab olunur.[4]
24 kitabın[5] 30-a yaxın kitabı müxtəlif səbəblərdən (əsasən dövlət tərəfindən məhv edilmiş) çap olunmamış[6] və minimum 581 məqalənin[7], o cümlədən romanlar, ədəbi-bədii tənqid və maarifləndirici əsərlərin müəllifi, dünyanın, məxsusən İslam dünyası, xüsusən də "Sosial Ədalət" və Məalim fi əl-Tariq ("Yoldakı İşarələr") kitablarında İslamın ictimai və siyasi rolu ilə bağlı fəaliyyətilə tanınır. Onun şah əsəri Fi Zilal əl-Quran ("Quranın kölgəsində") adlı Quranın 30 cildlik təfsiridir.[8]
Qütbün yaxın ətrafı nüfuzlu siyasətçilər, ziyalılar, şairlər və ədəbiyyat xadimlərindən ibarət idi. 1940-cı illərin ortalarında onun bir çox yazıları məktəb, kollec və universitetlərin tədris proqramlarına daxil edilib.[9]
Müşahidələrinin və tənqidlərinin əksəriyyəti müsəlman dünyasına yönəlsə də, Qütb həm də ABŞ cəmiyyətini və mədəniyyətini ciddi şəkildə rədd etməsi ilə tanınır, onu materialist, cinsi həzzlərə aludəçilik[10] və zorakılıq kimi qiymətləndirirdi.[11]. O, zorakı, təcavüzkar cihadı müdafiə edirdi.[12] [13] Qütb davamçıları tərəfindən böyük mütəfəkkir və İslam şəhidi [14] kimi təsvir edilsə də, bir çox müşahidəçilər onu Əl-Qaidə[15] kimi zorakı islamçı radikal qruplar üçün islamçı ideologiyanın əsas yaradıcısı[16] və ilham mənbəyi kimi görürlər.[17] [18] Qütb XX əsrin görkəmli islamçı ideoloqlarından hesab olunur. Şəhidlik statusu ilə güclənən Qütbün cahiliyyə ilə bağlı fikirləri və şəriətin tətbiqini tövhidlə yaxından əlaqələndirməsi müasir islamçı və cihadçı hərəkatlara böyük təsir göstərmişdir.[19] Bu gün onun tərəfdarlarını "Qütbist" və ya "Qütbi" adlandırırlar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.