Sevr müqaviləsi
Sülh müqaviləsi / From Wikipedia, the free encyclopedia
Sevr müqaviləsi (fr. Le Traité de Sèvres) — 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi".
Cəld faktlar Müqavilənin tipi, İmzalanma tarixi ...
Sevr müqaviləsi | |
---|---|
Sevr müqaviləsi | |
| |
Müqavilənin tipi | sülh müqaviləsi |
İmzalanma tarixi | 10 avqust 1920-ci il |
İmzalanma yeri | Sevr, Fransa |
Qüvvəyə minməsi | 24 iyul 1923-cü il |
İmzalayanlar |
1.Müttəfiq Dövlətləri 2.Əsas Antanta dövlətləri[1] Digər Antanta dövlətləri
|
Dili | fransız dili |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Müqavilə 10 avqust 1920-ci ildə Birinci Dünya müharibəsindən sonra Parisin 3 km qərbində, Sevr şəhərinin ətrafındakı Keramika Muzeyində (fr. Musée National de Céramique) imzalanmışdır. Müqavilənin imzalandığı dövrdə davam edən Türk İstiqlal Müharibəsi nəticəsində türklərin qələbəsi ilə bu müqavilənin əvəzinə 24 iyul 1923-cü ildə Lozanna Müqaviləsi imzalanaraq həyata keçirildiyi üçün Sevr müqaviləsi qüvvəsini itirmişdir. Sevr müqaviləsi 433 maddədən ibarət idi.