Sevastopol döyüşü (ing.Siege of Sevastopol; rus.Оборона Севастополя/Rom: Oborona Sevastopolya; türk."Sivastopol Savunması") — Krım müharibəsi zamanı 17 oktyabr 1854 – 11 sentyabr 1855-ci il tarixləri arasında Osmanlı İmperiyası və Sardiniyanın fəal dəstəyi ilə Böyük Britaniya və Fransa qüvvələrinin Sevastopolda Rus İmperator Qüvvələrinə qarşı apardığı döyüşdür.
Oktyabrın əvvəllərində fransız və ingilis qoşunları Baliklavadakı bazalarından hərəkətə keçərək Sevastopolun cənubundakı Xersones təpəsi boyunca mühasirə xətti yaratmağa başladılar. Əsgərlər redutlar, batareyalar və səngərlər qazmağa başladılar.
Rusiya İmperatorudaSevastopol istehkamını müdafiə etmək üçün Qara dəniz donanmasının döyüş gəmilərinin silahlarından və matroslarından istifadə etmişdir.