Senmon qakko
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Senmon qakko (専門学校?) – Yaponiya təhsil sistemində ali təhsil müəssisəsinin bir növü.[1]
Senmon qakkolar 1903-cü ildə qəbul edilən Peşə Məktəbi Qanunundan sonra yaradılmışdır.[1] 1935-ci ilin statistikasına görə Yaponiyada 177 senmon qakko fəaliyyət göstərirdi, onlardan 52-si dövlət, 11-i ictimai, 114-ü isə özəl idi.[1] Dövlət və ictimai senmon qakkoların çoxu bir kurs üzrə təhsil verirdi.[1]
İkinci dünya müharibəsinə qədərki dövrdə qadınlar üçün nəzərdə tutulmuş bütün ali təhsil müəssisələri senmon qakko idi.[1] Universitetlər intellektual elita yaratmaq üçün nəzərdə tutulduğu halda, senmon qakkolar təlim keçmiş kadr yetişdirmək üçün yaradılmışdır.
Müharibəyə qədərki dövrdə Yaponiyada ali təhsil almış şəxslərin çoxu senmon qakko məzunu idi.[1] 1905-ci ildə ali təhsil məzunlarının 81%-i, 1935-ci ildə isə 65%-i senmon qakko bitirmişdi.[1] İkinci dünya müharibəsindən sonra senmon qakko sistemi ləğv olunmuş və senmon qakkoların çoxu dördillik universitetlərə çevrilmişdir.[1]
Orta məktəbdən və ya qızlar liseyindən məzun olan şəxslər senmon qakkoya daxil olmalı idilər.[1] Bəzi senmon qakkolar universitetlərin nəzdində fəaliyyət göstərirdi, lakin bəziləri müstəqil idi.[1] Senmon qakkolarda tələbələr tibb, hüquq, iqtisadiyyat və maliyyə sahələrində ixtisaslaşırdılar.[1] Kənd təsərrüfatı, texnologiya və biznes sahələrində məzunlar hazırlayan məktəblər isə citsuqyo senmon qakko adlanırdı.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.