From Wikipedia, the free encyclopedia
Sebayaşi xəfif ləpə nişanələri (瀬林の漣痕, Sebayaşi no renkon?) – Yaponiyanın Qunma prefekturasının Kanna qəsəbəsinin yaxınlığında yerləşən təbiət abidəsi. Dağ uçurumundakı bir divarda yerləşən qədim xəfif ləpə nişanələrindən və 50-yə yaxın dinozavr izindən ibarətdir.[1]
Sebayaşi xəfif ləpə nişanələri | |
---|---|
瀬林の漣痕 | |
BTMB kateqoriyası — III (Təbiət abidəsi) | |
Yerləşməsi | |
36°04′18″ şm. e. 138°49′47″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Kanna, Qunma prefekturası |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sebayaşi xəfif ləpə nişanələri Kanna qəsəbəsinin 299-cu magistralı boyunca davam edən Sezanami-iva adlı dağ uçurumu divarında yerləşir. Nişanələr ilk dəfə 1953-cü ildə yol tikintisi zamanı kəşf edilmişdir. Kəşf edildiyi zaman sadəcə qədim xəfif ləpə nişanələrindən ibarət olduğu düşünülürdü. Yaxınlığında yerləşmiş keçmiş bir kəndin adı ilə Sebayaşi xəfif ləpə nişanələri adlandırılmışdır.[1] 23 iyul 1965-ci ildə təbiət abidəsi elan olunmuşdur.[2]
Qaya 1957-ci ildə Qunma Universitetinin alimləri tərəfindən araşdırılmış və xəfif ləpə nişanələrinin yanında "qəribə dəliklər"in olduğu bildirilmişdir. 1985-ci ildə ildə aparılmış araşdırmalar nəticəsində bu dəliklərin dinozavrların ayaq izləri olduğu məlum olmuşdur. Bu, Yaponiyada kəşf edilmiş ilk dinozavr izləri kimi tarixə düşmüşdür.[2] Burada 50-dən çox dinozavr izi müəyyən edilmişdir.[1] Dinozavr izlərinin kəşf edildiyi həmin il Kanna qəsəbəsinə 30.000-dən çox turist gəlmişdir. Nəticədə, Kanna qəsəbəsi özünü "dinozavr krallığı" kimi tanıtmağa başlamışdır. 1987-ci ildə burada Kanna Dinozavr Mərkəzi açılmışdır.[1]
Abidənin yerləşdiyi yer Mezozoy dövründə – təxminən 100 milyon il əvvəl qumlu okean sahili idi. Su hərəkəti nəticəsində qumda xəfif ləpə nişanələri yaranmış və fosilləşmişdir. Qayada Mezosoy dövrünə aid balıqqulağı fosilləri aşkar edilmişdir.[2] Qaya 12 metr hündürlüyündə və 10 metr genişliyindədir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.