From Wikipedia, the free encyclopedia
Saya İçikava (市川 紗椰?, 14 fevral 1987[1], Naqoya)[2] – Yaponiya fotomodeli və tarento. 2011-ci ilə kimi orijinal səhnə adı Saya idi. Atası çeroki əsilli amerikalıdır,[3] anası isə yapondur.[4][5]
"Super Continental" agentliyi ilə əməkdaşlıq edir.
Saya İçikkava 14 fevral 1987-ci ildə Yaponiyanın Aiçi prefekturasının Naqoya şəhərində doğulmuşdur. 4-13 yaşlarında Detroyt şəhərində yaşamışdır. Kolumbiya, Çikaqo və Nyu-York Universitetlərinə qəbul olmuşdur. Kolumbiya Universitetinə daxil olmağı planlaşdırsa da, fotomodel karyerasına diqqət ayırmaq üçün kolleci bir il gecikdirmişdir. İçikava bir ildən sonra ABŞ-də qayıtmaq istəsə də, karyerasından zövq almış və Yaponiyada qalmaq qərarına gəlmişdir. 2010-cu ildə Vaseda Universitetindən məzun olmuşdur.
İçikava 16 yaşında "Vivi" və "25ans" jurnalları üçün fotomodel olmağı qəbul etmişdir.[6] Hazırda aktiv şəkillərdə moda jurnalları üçün fotomodellik edir. "Sumo Fan", "Sweet", "More", "Baila", "Maquia" jurnalları üçün modellik etmişdir.
4 aprel 2016-cı ildə Fuji Television kanalının "Sənin vaxtın" xəbərlər verilişində aparıcılıq etmişdir.[7]
İl | Ad | Qeydlər |
---|---|---|
2003 | Vivi | |
2008 | 25ans | Ekslüsiv model |
sweet | Daimi | |
More | Daimi | |
Baila | Daimi | |
2011 | Maquia | "Saya Ichikawa no Hon areba Koso, Bi Jinsei!" |
2014 | Tabi to Tetsudō | "Saya Ichikawa: Ninki Tokkyū de yukou!" |
Sumo Fan | I-IV cildlərin üzlüklərində | |
Spur | ||
King | "Saya no School of Rock" | |
Miss | ||
Classy | ||
An an | ||
VoCE | ||
Nylon | ||
Tokyo Girls Collection | ||
2017 | Sumo Fan | V cildin üzlüyü |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.