From Wikipedia, the free encyclopedia
Savoyyalı Bona (it. Bona di Savoia) (10 avqust 1449[1], Avigliana qəsri[d], Pyemont – 23 noyabr 1503, Fossano[d], Pyemont[2]) — Milan hersoqu Qalezzo Mariya Sforzanın ikinci xanımı, Milan hersoqinası. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır.
Savoyyalı Bona | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 avqust 1449[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 noyabr 1503 (54 yaşında) |
Vəfat yeri |
|
Atası | Lüdovik (Savoyya hersoqu) |
Anası | Kiprli Anna |
Həyat yoldaşı | |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
1464-cü ildə İngiltərə kralı IV Eduardla nişanlanması müzakirə edilsə də, kralın Elizabet Vudvillə gizlicə evlənməsi bu planı pozdu. Ardından 9 may 1468-ci ildə Milan hersoqu Qalezzo Mariya Sforzayla evləndirildi və bu nikahdan 4 övladı dünyaya gəldi. Savoyyalı Bona gələcəkdə qızlarından birinin onun oğlanlarından biriylə evlənməsinə qarşı çıxaraq İngiltərə kralından intiqamını almış oldu.
Ancaq ərinin 26 dekabr 1476-cı ildə əsilzadələr tərəfindən öldürülməsinin ardından 7 yaşlı oğlu hersoq elan edildi. Savoyyalı Bona isə bir çox əsilzadənin etirazlarına baxmayaraq oğlunun taxt naibi olaraq 1481-ci ilədək fəaliyyət göstərdi. Daha sonra artan siyasi gərginlik səbəbilə Fransaya qaçmağa cəhd etsə də, ələ keçirildi və Pyemont yaxınlığındakı qəsrlərdən birində ölümünədək həbs tutuldu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.