Savoyyalı Bona
From Wikipedia, the free encyclopedia
Savoyyalı Bona (it. Bona di Savoia) (10 avqust 1449[1], Avigliana qəsri[d], Pyemont – 17 noyabr 1503[2][3], Fossano[d], Pyemont[2]) — Milan hersoqu Qalezzo Mariya Sforzanın ikinci xanımı, Milan hersoqinası. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır.
Savoyyalı Bona | |
---|---|
Vəzifədədir | |
1476-cı ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 avqust 1449[1] |
Doğum yeri | |
Vəfat tarixi | 17 noyabr 1503[2][3] (54 yaşında) |
Vəfat yeri |
|
Sülalə | Savoyya sülaləsi |
Atası | Lüdovik (Savoyya hersoqu) |
Anası | Kiprli Anna |
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
1464-cü ildə İngiltərə kralı IV Eduardla nişanlanması müzakirə edilsə də, kralın Elizabet Vudvillə gizlicə evlənməsi bu planı pozdu. Ardından 9 may 1468-ci ildə Milan hersoqu Qalezzo Mariya Sforzayla evləndirildi və bu nikahdan 4 övladı dünyaya gəldi. Savoyyalı Bona gələcəkdə qızlarından birinin onun oğlanlarından biriylə evlənməsinə qarşı çıxaraq İngiltərə kralından intiqamını almış oldu.
Ancaq ərinin 26 dekabr 1476-cı ildə əsilzadələr tərəfindən öldürülməsinin ardından 7 yaşlı oğlu hersoq elan edildi. Savoyyalı Bona isə bir çox əsilzadənin etirazlarına baxmayaraq oğlunun taxt naibi olaraq 1481-ci ilədək fəaliyyət göstərdi. Daha sonra artan siyasi gərginlik səbəbilə Fransaya qaçmağa cəhd etsə də, ələ keçirildi və Pyemont yaxınlığındakı qəsrlərdən birində ölümünədək həbs tutuldu.