Saturn (raket ailəsi)
Amerika raket ailəsi / From Wikipedia, the free encyclopedia
Saturn Amerika raket ailəsi, əsasən, alman kosmik raket alimlərindən təşkil olunmuş, rəhbərliyində Verner fon Braunun olduğu komanda tərəfindən inkişaf etdirilmişdir. Saturn ailəsi yuxarı mərhələlərdə yanacaq kimi maye hidrogendən istifadə edirdi. İlk başda hərbi peyk raketi kimi təklif edilən bu raketlər daha sonra Apollon proqramı üçün daşıyıcı raket kimi formalaşdırıldı. Üç versiyasi tikilib və uçurulub: Orta daşıyıcı raket Saturn I, ağır daşıyıcı raket Saturn IB və çox ağır daşıyıcı raket Saturn V.
Saturn adı fon Braun tərəfindən 1958-ci ilin oktyabrında təklif edilmişdi. Saturn adı Yupiter seriyalarının, o cümlədən Roma tanrısı Yupiterin iqtidar xələfi olduğu üçün verilmişdi.[1]
Prezident Con Kennedi SA-5 ilə ABŞ-nin SSRİ-nin Sputniki buraxmasından sonra geridə qaldığı qaldırma qabiliyyətində rəqibini üstələdiyini qeyd etmişdi.[2][3]
Saturn V bu günə qədər aşağı Yer orbitindən kənara insan daşıyan yeganə daşıyıcı raketdir. Ümumilikdə 24 kosmonavt 1968-ci ilin dekabrından 1972-ci ilin dekabrına qədər Aya səyahət etmişdir. Heç bir Saturn raketi uçuş zamanı katastrofik şəkildə uğursuz olmamışdı.[4]