Satake Yoşiatsu (佐竹 義敦?, 1748[1][2][…], Edo[d]1785[1][2][…]) və ya təxəllüsü ilə Satake Şozan (佐竹 曙山?)Akita hanının daymyosu və Qərb rəssamlığı üzrə Akita məktəbinin qurucusu.[3] Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri işin müəllifidir.[3]

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Satake Yoşiatsu
yap. 佐竹義敦
Thumb
Doğum tarixi 1748[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1785[1][2][…]
Fəaliyyəti rəssam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Satake Yoşiatsu 1748-ci ildə Edo şəhərində doğulmuş, 1748-ci ildə Akitanın daymyosu olmuşdur.[3]

1773-cü ildə yerli mis istehsalına tövsiyələr verməsi üçün Hiraqa Qennayı Akitaya dəvət etmişdir.[3] Qennay Akitada ikən Qərb rəssamlığı haqqındakı nəzəriyyələrini Yoşiatsu və Yoşiatsunun köməkçisi Odano Naotake ilə bölüşmüşdür.[3] 1778-ci ildə Naotakenin köməkliyi ilə Yoşiatsu 3 esse yazmışdır: "Rəssamlıq sənəti", "Rəssamlığı və kompozisiyanı anlamaq""Qırmızı və göy".[a] "Rəssamlığı və kompozisiyanı anlamaq" essesində xətti prespektivə dair diaqramlar, qarışıq spiral pilləkənlər və Qerard de Leress tərəfindən yazılmış "Böyük rəssamlar kitabı" (1707) əsasında fiqur çəkmək metodları təsvir etmişdir.[3]

Bu esselər bir eskiz dəftərində toplanmışdır və Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri iş hesab olunur.[3] Yoşiatsu 3 eskiz dəftərinin müəllifi olmuşdur.[3] Bu eskiz dəftərlərində onun cizgi çəkmə texnikası öz əksini tapmışdır.[3] Eskiz dəftərlərində çiçəklər, quşlar, böcəklər və su canlılarının təsviri yer almışdır.[3]

Qeydlər

  1. Orijinal adları, müvafiq olaraq, "Qaho koryo", "Qato rikay""Tanseybu" şəklindədir.

İstinadlar

Ədəbiyyat

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.