Sarı rododendron (lat. Rhododendron luteum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B2ab(ii,iii,iv,v). Azərbaycanın nadir növüdür.

Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Sarı rododendron
Elmi təsnifat
Aləm:
Fəsilə:
Yarımfəsilə:
Ericoideae
Triba:
Rhodoreae
Növ:
Sarı rododendron
Beynəlxalq elmi adı
Bağla

Yayılması

Belarus, Ukrayna, Rusiya (Dağıstan), Polşa, Avstriya, keçmiş Yuqoslaviya, Yunanıstan, Türkiyə və Qafqazda (Gürcüstan) təbii halda yayılmış .

Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Böyük Qafqazın qərb hissəsində (Zaqatala rayonu-subalp qurşağı, Balakən Dövlət Qoruğunun ərazisi, Blakən rayonu – Katexçay boyunca) yayılmışdır. Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə rast gəlinir. Azərbaycanın nadir bitkilərindəndir (CR B2ab(ı,ıı,ııı,ıv)) və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Azərbaycanda mədəni halda az becərilir.

Çay kənarlarında işıqlı, rütubətli yamaclarda yayılmışdır. Dəniz səviyyəsindən 2000 m hündürlükdə, yarpaqlı meşələrdə və açıq talalarda bitir, çox vaxt kolluqlar əmələ gətirir.

Bioloji xüsusiyyətləri

Cavan zoğları vəziciklidir. Yarpaqları uzunsov və ya uzunsov-tərsinə yumurtavari, tündyaşıl, uzunluğu 5,5-12 sm və eni 2-3,8 sm, kənarları tükcüklüdür. Cavan yarpaqları hər iki tərəfdən yumşaq tükcüklü, sonradan çılpaqdır. Payızda rəngi sarı, narıncı və ya qırmızıdır. Çiçəkləri çox vaxt ətirli, güclü qoxusu vardır. Çiçəkləri 7-12 ədəd çətirşəkilli çiçək qruplarında yerləşir, çiçək tacı sarı və ya narıncı-sarı, üstü vəzicikli, ensiz silindrik borucuqlu olub diametri 6 sm-dən, kasacığı bünövrəyədək xətvari-lansetvari vəzicikli hissələrə bölünmüşdür. Erkəkciklərinin sayı 5-dir. Meyvələri uzunluğu 2,5 sm-ədək olan silindrik qutucuqlardır. Hər il aprel-may aylarında (təxminən 30 gün, bəzən 38-60, yarpaqlar açılmazdan əvvəl və ya həmin dövrdə) çiçəkləyir. İşıqsevəndir, ancaq az kölgələnməni sevir. Qışa davamlıdır, Oktyabrın axırlarında meyvəsi yetişir.

Generativ və vegetativ yolla çoxalır.

Sayı və tendensiyası

Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur. Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca olaraq insan fəaliyyətidir.

Məhdudlaşdırıcı amillər

Məhdud sahələrdə yayılması və antropogen amillər (mal-qaranın otarılması, ağacların qırılması və yanacaq kimi istifadəsi).

Mühafizə tədbirləri

Populyasiyanın bir hissəsi Zaqatala qoruğunda mühafizə olunur. Xüsusi mehafizə tədbirlərini aparmaq məqsədi ilə yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi və yeni yayılma yerlərini axtarılması təklif olunur.

İstinadlar

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.