From Wikipedia, the free encyclopedia
Saruqaku (猿楽?, azərb. "meymun musiqisi") – XI–XIV əsrlərdə Yaponiyada mövcud olmuş teatr növü.[1] VIII əsrdə Çindən Yaponiyaya gələn sanqaku janrı əsasında ortaya çıxmışdır.[1] Saruqaku janrı əsasında XIV əsrdə no janrı yaranmışdır.[1]
"Saruqaku" sözü yapon dilindən tərcümədə "meymun musiqisi" mənasını verir.[1] Güman olunur ki, "saruqaku" sözü "sanqaku" sözünün fonetik pozulması nəticəsində yaranmışdır.[1] Digər nəzəriyyələrə görə "saruqaku" sözü "meymun gəlinlər" (sarume no kivi) adlı pantomimik rəqqaslardan və ya klassik buqaku rəqs repertuarında yer alan saruqaku adlı parçadan qaynaqlanır.[1] "Saruqaku" və "sanqaku" terminləri X əsrə qədər qarşılıqlı şəkildə işlənmişdir.[1] XI əsrdən etibarən isə "sanqaku" termini köhnəlmiş və sadəcə "saruqaku" termini işlədilməyə başlanmışdır.[1]
Saruqaku janrı VIII əsrdə Çindən Yaponiyaya gəlmiş sanqaku janrı əsasında yaranmışdır.[1] 782-ci ilə qədər sanqaku janrı sanqakko adlı evlərin rəsmi nəzarəti altında olmuşdur.[1] Ondan sonra sanqaku ənənəsi saray mühafizəçiləri, dini institutlardakı yarı-peşəkar sənətçilər və səyyar sənətçilər tərəfindən davam etdirilmişdir.[1] X–XI əsrlərdə sanqaku janrı saruqaku janrına doğru təkamül etmişdir.[1]
Saruqaku janrı əvvəlcə akrobatika, janqlyorluq, hoqqabazlıq, pantomim kimi elementlərdən ibarət olan teatr sənəti idi.[1] Saray əyanları ziyafətlərdə bu cür tamaşaları seyr etməyi sevirdilər və nəticədə, saruqakunun bəzi elementləri buqaku janrına daxil olmuşdur.[1] Məbədlərdə ifa olunan saruqakular digər ənənələrlə qarışmış, denqaku sənətinin rəqsləri kimi elementləri götürmüşdür.[1]
Saruqakku truppaları dini festivallarda iştirak edirdilər və tamaşalara böyük izləyici kütləsi gəlirdi.[1] Əvvəlcə saruqaku dini festivalların sadəcə yan tamaşası idi, lakin daha sonra əhəmiyyəti artmışdır.[1] Məbədlər dini mərasimlərə saruqaku truppaları dəvət edir, hətta onlara sponsorluq edirdilər.[1] XI əsrdə gülməli tərzdə olan drammatik səhnəciklər saruqaku janrının vacib hissəsinə çevrilmiş, akrobatika və digər elementlər yox çıxmışdır.[1] XII əsrin sonlarından saruqaku janrı söz oyunlarına (toben) əsaslanan gülməli dialoqlardan, improvizasiya olunmuş gülməli rəqslərdən, bir neçə aktyoru əhatə edən qısa oyunlardan və kurtizanka ənənəsinə əsaslanan musiqi tərtibatlarından ibarət sənətə çevrilmişdir.[1]
XIII əsrdə saruqaku tamaşalarında sözlərin, jestlərin, musiqi tərtibatlarının və proqram kombinasiyalarının standartlaşması yolunda irəliləyiş baş vermişdir.[1] Bu proses nəticəsində saruqaku sənətçiləri XIX əsrdə no tamaşasını və kyoqen adlı komediya janrının əsasını qoymuşdurlar.[1] Hazırda mövcud olan bir çox no məktəbinin mənşəyi saruqaku gildiyalarına gedib çıxır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.