Sarman rayonu
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Sarman rayonu (tatar. Сарман районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Şimaldan Tukay, şimal-şərqdən Minzələ, şərqdən Müslim ilə, cənub-şərqdən Aznakay, cənub-qərbdən Almət, qərbdən Zəy rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi şəhər tipli Sarman kəndidir.
Sarman rayonu | |||||
---|---|---|---|---|---|
Сарман районы | |||||
|
|||||
55°16′ şm. e. 52°40′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1930 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Şərqi Zakamyenin aşağı şimal-şərq hissəsində, Minzələ və Mell çaylarının (İk çay hövzəsi) su toplama hövzəsində yerləşir. Ərazi meşə-çöl zonasındadır. Rayonun böyük qismi şumlanmış ərazinin çox yüksək faizi ilə xarakterizə olunur.
1920-ci ilə qədər Sarman rayonunun ərazisi Ufa quberniyasının Minzələ qəzasının tərkibinə daxil idi[2]. 1920-ci ildə Minzələ rayonu yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur.
Sarman rayonu 10 avqust 1930-cu ildə qurulmuşdur. Kənd özü 1737-ci ildən mövcuddur.
Şəhər şəraitində (Cəlil qəsəbəsində) rayon əhalisinin 37,29 % -i yaşayır.
Rayon əhalisi tatarlar (90.4%), ruslar (8.3%) və başqırdladan (0,7%) ibarətdir[3].
Kişilər - 46,4%, qadınlar - 53,6%.
Doğum - 13,6%, ölüm - 12,8%, əhalinin təbii artımı - 0,8%.
Əmək qabiliyyətli şəxslər rayon əhalisinin 51,2%, gənclər - 24,8%, yaşlılar - 24,0% təşkil edir.
Ailənin orta ölçüsü 3.3 nəfərdir.
Bir kənd yaşayış məntəqəsinin orta ölçüsü 294 nəfərdir.
Sarman rayonu ərazisinə 1 şəhər və 22 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 72 yaşayış məntəqəsi daxildir[4].
Rayonda 17 orta məktəb, 2 gimnaziya, 1 ibtidai məktəb, həmçinin 21 uşaq bağçası vardır. Peşə məktəbi 6 peşə üzrə ilk peşə təhsili dövlət standartlarını tətbiq edir. 55 mədəniyyət müəssisəsi, 36 kitabxana, musiqi məktəbi və sənət məktəbinə də sahibdir. Rayonda muzeylər də var.
Sarman rayonu aqrar-sənaye bölgəsi hesab olunur. Ərazidə buğda, çovdar, arpa, noxud, qarabaşaq yarması, şəkər çuğunduru əkilir. Əsas heyvandarlıq sənayesi ətlik və südlük maldarlıq və donuzçuluqdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.