From Wikipedia, the free encyclopedia
Saraşina Nikki (更級日記, azərb. Saraşina gündəliyi?) – Heyan dövründə yaşamış bir saray xanımı tərəfindən 1059-cu ildən sonra yazılan nikki.[1] Şəxsi adı naməlumdur, əsasən Suqavara no Takasuenin qızı və ya Xanım Saraşina kimi xitab edilir.[1] O, alim, şair və saray rəsmisi olan Suqavara no Miçizanenin nəslindən idi.[1]
"Saraşina Nikki" dövrün Heyan gündəliklərindən fərqlənir; həcm baxımından genişdir və müəllifin 12 yaşından 50 yaşına qədər olan həyatını təsvir edir.[1] Müəllif atasının vitse-hakim olduğu Kazusa əyalətində böyümüşdür.[1] 1020-ci ildə ailə ilə birlikdə Yaponiyanı səyahət edərək Kiotoya gəlmişdir.[1] Gündəlikdə Fuci dağını, təbiət möcüzələrini və 3 aylıq səyahətində qarşılaşdığı insanları təsvir etmişdir.[1] Daha sonra Kiotoda qalmış, lakin dini ziyarətlərə davam etmişdir.[1] Qısa müddət ərzində imperatorluq şahzadəsinin xidmətçisi kimi fəaliyyət göstərdikdən sonra Şinano əyalətinin hakimi Taçibana no Toşimiçi ilə evlənmiş və 3 uşağı olmuşdur.[1]
Əri də daxil olmaqla ona yaxın olan bir neçə insanın ölümündən sonra buddist rahibəsi olmuşdur.[2] Gündəlik onun həyatındakı kədərli anlar və romantik hekayələr üzərindən davam edir.[2] Gündəlikdə xalası olan Murasaki Şikibu tərəfindən ona "Gencinin hekayəsi" romanının bir nüsxəsinin verildiyi qeyd olunmuşdur.
"Saraşina Nikki" ingilis dilinə ilk dəfə 1963-cü ildə İvan Morris tərəfindən "Arzular körpüsünü keçəndə" adı altında nəşr olunmuşdur.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.