Sarayevo Universiteti
From Wikipedia, the free encyclopedia
Sarayevo Universiteti (bosn. Универзитет у Сарајеву ) — Bosniya və Herseqovinanın Sarayevo şəhərində yerləşən dövlət universitetidir. Bu, ölkənin ən böyük və ən qədim universiteti olmaqla bərabər keçmiş Yuqoslaviyada ən qədim ali təhsil müəssisəsidir. Universitet 1537-ci ilə qədər İslam mədrəsəsi olaraq qurulmuşdur.[2]
Sarayevo Universiteti | |
---|---|
Univerzitet u Sarajevu | |
43°52′ şm. e. 18°26′ ş. u. | |
Əsası qoyulub | 2 dekabr 1949 |
Tip | Dövlət |
Rektor | Rifat Škrijelj |
Tələbə sayı | 30,866 (2018-2019) |
Şəhər | Sarayevo |
Ölkə | |
Sayt | unsa.ba |
Vikianbarda əlaqəli mediafayllar |
İyirmi fakültə, üç akademiya və üç ilahiyyat fakültəsi olan universitet 2014-cü ildə 30.866 tələbə sayı ilə, qəbul baxımından Balkanların ən böyük universitetləri arasında yer alır. 1949-cu ildə qapılarını açandan bəri, ümumi 122,000 tələbə bakalavr, 3.911 tələbə magistr, 45 fərqli sahədə 2284 tələbə isə doktorluq dərəcəsi aldı.[3] Hal-hazırda Bosniya və Herseqovinanın ən nüfuzlu universiteti olaraq qəbul edilir[3] və mindən çox müəllim işçisi çalışır.[4]