Saqalassos
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Saqalassos (yun. Σαγαλασσός), həmçinin Selqessos (yun. Σελγησσός)[1] və Saqallesos (yun. Σαγαλλησός)[2] kimi də tanınır — cənub-qərb Anadolunun antik şəhəri və əhəmiyyətli arxeoloji məkanı, onun xarabalıqları Antalya şəhərindən təxminən 100 km şimalda və Ağlasun şəhərinin yaxınlığında yerləşir. Pisidiya tarixi bölgəsinin şəhərlərindən biri idi. Tavr dağlarının qərb yamacında yerləşir.
Saqalassos | |
---|---|
yun. Σαγαλασσός | |
37°40′41″ şm. e. 30°31′10″ ş. u.HGYO | |
Alternativ adı | Selqessos, Saqallesos |
Yer | Ağlasun, Burdur ili, Türkiyə |
Region | Pisidiya |
Tarix | |
Tərk edilib | VII əsrin ortaları |
Yer qeydləri | |
Qazıntı zamanı | 1990– |
Arxeoloqlar | Mark Uelkens |
Vəziyyəti | xarabalıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
E.ə. 333-cü ildə şəhəri Makedoniyalı İsgəndər fəth etdi. E.ə. 25-ci ildə şəhər Qalatiya adlı Roma əyalətinin paytaxtı oldu. Şəhərin qədim abidələrinin qalıqları aşkar Roma xüsusiyyətinə sahibdir, şəhərdə imperator Adrian (117-138) şəxsiyyətinə pərəstiş formalaşmışdır və burada çoxsaylı Roma veteranları məskunlaşmışdır ki, bu da ellinizmə məruz qalmış Anadolu üçün olduqca qeyri-adi hal idi. İmperator Adrianın 5 metrlik heykəlinin qalıqları qorunub saxlanılmışdır.
Arxeoloji sahənin qalıqları dəniz səviyyəsindən 1400-dən 1600 metrə qədər yüksəkliklərdə yerləşir. VI əsrin əvvəllərində burada güclü zəlzələ baş vermişdir. Daha bir VII əsrin ortalarında baş vermişdir. Nəticədə suyun qeyri-müntəzəmliyi və epidemiyalar başladı. Şəhərin qədim mədəniyyətinin ümumi tənəzzülü başlandıqdan sonra, sakinlər şəhəri yavaş-yavaş tərk etməyə və vadiyə köçməyə başladılar. Buna baxmayaraq, Bizans dövründə şəhərdəki Yunan-Xristian icmasının həyatı 13-cü əsrin əvvəllərinə, türk fəthinin son mərhələsi başlayana qədər davam edirdi. Dağıdılmış Bizans qalasından nəticə çıxarmaq olar ki, şəhərin xristian sakinləri ilə gələn türklər arasında münasibətlər düşməncəsinə idi. Bu səbəbdən, türklər şəhərin özündə deyil, kənarındakı ayrı bir kənddə məskunlaşmağa başladılar.[3] Saqalassosun qazıntılarından göründüyü kimi, şəhərin müsəlmanlaşması və türkləşməsi prosesi dinc keçmirdi və yunan-xristian əhalisi XIV əsrin əvvəllərinə qədər müqavimət göstərirdi.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.