Saqakat kilsəsi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Saqakat məbədi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Üçkilsə (12. 03. 1945 – ci ildən Eçmiədzin) rayonu ərazisində, Üçkilsə kilsəsindən şimal – şərqdə, Üçkilsə və Müqəddəs Ripsime məbədlərinin arasında yerləşən ərmən – türk [1] xristian məbədi.
Saqakat kilsəsi | |
---|---|
erm. Շողակաթ եկեղեցի | |
40°10′05″ şm. e. 44°18′17″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Şəhər | Üçkilsə |
Yerləşir | Armavir mərzi |
Aidiyyatı | Erməni Qriqoryan Kilsəsi |
Tikilmə tarixi | 1694 |
Üslubu | Erməni memarlığı |
Vəziyyəti | stabil |
Tipi | Mədəni |
Kriteriya | ii,iii |
Təyin edilib | 2000 |
İstinad nöm. | 1011 |
Dövlət | Erməistan |
Region | Asiya |
Ermənistanda qeydiyyata alınmış abidələr | |
İstinad nöm. | 4.2/18 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
III əsrin sonlarında Ərməniyyəyə qaçan bakirə Ripsime öz rəfiqələri və dayəsi Qayana ilə Ərməniyyənin paytaxtı Vağarşabaddakı şərab anbarında gizlənmişlər. Lakin onlar Ərməniyyə çarı Trdat tərəfindən tapılıb qətlə yetirildikdən sonra Maarifçi Qriqorinin təşəbbüsü ilə Ərməniyyədə tikilən ilk üç sovmədən biri də məhz həmin anbarın yanında ucaldılmışdır.[2] 483 – cü ildə həmin sovmə daş kilsə ilə əvəzlənmiş, sonrakı yüzillərdə dəfələrlə bərpa olunaraq, ona yeni tikililər əlavə edilmişdir.[3]
Məbədin Saqakat (Saq + ak // ağ + at, yəni Ağ saqalar) adı onun, Qərbi Azərbaycanın ən qədim sakinlərindən olan [4] və Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış[5] saklara məxsus olduğunu birmənalı olaraq sübut edir.[6] Məbədin ətrafında tarix boyu türk tayfaları yaşamış, bu ərazilərə ermənilərin ilk gəlişi XV əsrin ortalarında baş vermişdir.[7]
Bu günkü Saqakat məbədi VI – VII əsrlərdə inşa edilmiş məbədin bərpa edilmiş hissəsidir. Mütəxəssislər bu məbəd binasının daha qədim binanın özülləri üstündə inşa edilməsini düşünürlər. Məbədin cənub – qərb divarının özülündə aparılmış tədqiqatlar zamanı köhnə məbəd binasının otaqlarından birinin divarı aşkarlanmış və həmin divarın yeni məbədin inşası zamanı nərdivana dayaq kimi istifadə edilməsi müəyyənləşdirilmişdir. Məbədin cənub divarında kiçik yarımdairəvi apsisin izləri də görünməkdədir. Məbədin özülündə IV – V əsrlər bölgə memarlığı üçün xarakterik olan dayaq sistemi istifadə edilmişdir. Binada kiçik şapelə doğru yol göstərən iki portal biri cənub, biri isə qərb divarında çox uğurlu yerləşdirilmişdir.
Bu günkü məbəd binası birnefli bazilika quruluşuna malik olub, şərq divarında yarımdairəvi apsisi vardır. Apsisin bəzi hissələrinin V əsrin yadigarı olması güman edilir. Dörd qapı çıxış binanın mərkəzi küçə və koik gümbəzalı hissə ilə əlaqəsini təmin edir. Binanın qərb divarında olan əsas portal açıq qalereyadan binanın interyerinə keçid yaradır. Binanın əsas giriş qapısı üstündə kiçik kitabə yerləşdirilmişdir. Kitabə qəhvəyi tuf daşından hazırlanaraq binaya sonradan əlavə edilmişdir. Digər kiçik bir portal isə binanın cənub divarındadır. Əsas məbəd binasının fasadındakı kiçik ornamental naxışlar həndəsi fiqurlar silsiləsi şəklində yığılmışdır.
Məbədin qərb qurtaracağında binanın ümumi memarlığı ilə uyğun şəkildə dizayn edilmiş açıq qalereya yerləşir. Qalereyanın ortasında yerləşən yeganə böyük arkanı keçdikdən sonra kilsənin əsas portalına yaxınlaşmaq mümkündür. Qalereyanın ortasında kiçik altı sütunlu zəng qülləsi yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.