From Wikipedia, the free encyclopedia
San-Marino tarixi – müasir dövrdə San-Marinonun və ətraf ərazilərin tarixini əhatə edir.
San-Marino qədim tarixə malik olan ölkələrdəndir. San-Marinonun yaranması, qədim rəvayətə əsaslanır. 3 sentyabr 306-cı ildə Roma İmperiyasının imperatoru olmuş Diokletian xristianlıq dinindən olan şəxsləri kütləvi şəkildə təqib edirdi. Təqibdən qaçanlardan biri də xristian olan Müqqədəs Marinus olmuşdur. O, Monte Titano dağının zirvəsində San-Marino dövlətinin əsasını qoymuşdur. San-Marinonun siyasi aləmdə atdığı ilk addımlardan biri 1463-cü ildə Roma şəhərinin lordu Sigismondo Pandolfo Malatesta ilə olan anlaşılmazlıqdır. San-Marino həmin illərdə Roma lordundan siyasi aslılıqda olsa da lordun rəqibi olan Roma papası II Piusu dəstəkləmişdir. Papa San-Marinonun siyasi dəstək verməsinin, əvəzi olaraq Fiorentino, Montegiardino, Serravalle adlı üç kəndi San-Marinoya bağışlamışdır. Faetano adlı kəndin orta əsrlərdə San-Marinonun ərazisinə qatılmasından sonra, ölkənin genişlənməsi başa catmışdır.
San-Marino tarixi ərzində müharibələrdə iştirak etməyən və münaqişə tərəfi olmayan dövlət olmuşdur. 1503-cü ildə Cezara Borgia tərəfindən işğal edilmişdir. 1600-cü ildə ölkədə bu gündə istifadə edilən konstitusiya qəbul edilmişdir. 1739-cu ildə Papa XII Klementin göstərişinə əsasən Vatikan ordusu tərəfindən işğal edildi. 1815-ci ildə keçirilmiş Viana Kongresi zamanı San-Marinonun müstəqil dövlət olduğu bir daha təsdiqləndi. San-Marino Cüzeppe Qaribaldi tərəfindən həyata keçirilmiş İtaliyanın birləşdirilməsində iştirak etməmişdir. 1631-ci ildə San-Marino Roma Papası tərəfindən rəsmi qaydada tanınmışdır.
San-Marino 1944-cü ildə Üçüncü Reyx tərəfindən işğal edildi. İkinci dünya müharibəsindən sonra 1945-1957-ci illər arasında San-Marino Kommunist Partiyası və Sosialist Partiyasından ibarət ittifaq tərəfindən idarə edilmişdir. Beləliklə San-Marino Qərbi Avropada kommunistlər tərəfindən idarə edilmiş ilk dövlət olmuşdur. San-Marinonun İtaliyanın tərkibinə qatılması fikirləri gücləndiyi vaxta, hər iki dövlət arasında rəsmi səviyyədə bəzi müqavilələr imzalanmışdır. 1953-cü ildə İtaliya ilə dostluq və mehriban qonşuluq haqqında axırıncı müqavilə imzalanmışdır. San-Marinoda qadınlara seçkidə iştirak etmək hüququ 1960-cı ildə verilmişdir. San-Marino daha sonra Avropa Şurasına qəbul edildi. 1992-ci ildə isə ölkə Birləşmiş Millətlər Təşkilatına qəbul edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.