Salman Rüşdi (19 iyun 1947[2][3][…], Bombey, Britaniya Hindistanı[4]) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı.
Salman Rüşdi | |
---|---|
urdu سلمان رشدی | |
Doğum adı | احمد سلمان رشدی[1] |
Doğum tarixi | 19 iyun 1947[2][3][…] (77 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, romançı, esseist, ssenarist, uşaq ədəbiyyatı yazıçısı, aktyor, müəllif |
Fəaliyyət illəri | 1975-ci ildən |
Əsərlərinin dili | Urdu dili, ingilis dili, Kəşmir dili |
Janr | magik realizm |
Üzvlüyü |
|
Mükafatları | |
salmanrushdie.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib.
Yaradıcılığı
İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir.
1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
16 iyun 2007-ci ildə II Elizabet Salman Rüşdini cəngavər tituluna layiq görüb. 26 iyun 2008-ci ildə Londonda Bukingem sarayında II Elizabet şəxsən cəngavər titulunu Salman Rüşdiyə təqdim edib.
Əsərlərinin siyahısı
- Qrimus (1975)[5]
- Gecəyarısı uşaqları (1981)
- Utanc (1983)
- Yaquar gülüşü (1987)
- Şeytan ayələri (1988)
- Harun və Hekayələr dənizi (1990)
- Güzgü işi
- Xəyali vətənlər (1991)
- Oz sehrbazı (1992)
- Şərq, Qərb (1994)
- Qəzəb (2001)
- Təlxək Şalimar (2005)
- Florensiyanın sehrbazı (2008)
- Luka və həyat atəşi (2010)
- Cozef Anton- Xatirə (2012)
- İki il səkkiz ay iyirmi səkkiz gecə (2015)
- Qızılı ev (2017)
- Kixot (2019)
- Kurt Vonnequtun "Sallaqxana-beş"i indi bizə nə deyir?
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.