From Wikipedia, the free encyclopedia
Saleh Hulusi Paşa (d. 1864 — ö. 1939) — VI Mehmed Vahidəddinin səltənətində 1 ay 3 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Saleh Hulusi Paşa | |
---|---|
2 mart 1920 – 5 aprel 1920 | |
Əvvəlki | Əli Rza Paşa |
Sonrakı | Kürəkən Fərid Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Dilavər Paşa |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
1864-cü ildə İstanbulda dünyaya gəldi. İstanbul liman rəisi Dilavər Paşanın oğludur. İlkin təhsilini aldıqdan sonra hərbiyyə məktəbi və Hərbi Akademiyanı bitirdi (1888) və ardından kapitan rütbəsinə yüksəldi. 1891-ci ildə hərbi təhsilini tamamlamaq məqsədilə Almaniyaya göndərildi. Döndükdən sonra 1894-cü ildə Hərbi Akademiyada müəllimliyə başladı. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsinə qatıldı. 1901-ci ildə dönəmin önəmli siyasi fiqurlarından Dəli Fuad Paşanın qızıyla evləndi ancaq 2 il sonra qaynatasının Dəməşqə sürgün edilməsiylə o da gözdən düşdü və Diyarbəkirə sürgün edildi. II Məşrutiyyətin elanından sonra (1908) Hərbi məclisin ikinci rəisliyinə gətirildi. Rütbəsi general-mayorluğa yüksəldildi və Ədirnədəki ikinci ordunun rəhbərliyinə gətirildi. 31 mart hadisələrini yatırmaq üçün Salonikidən yola düşən ordunu dəstəklədi, Əhməd Tofiq Paşa və Hüseyn Hilmi Paşa hökumətlərində Hərbi nazir, Haqqı Paşa hökumətində isə Bahriyyə (Hərbi donanma) naziri vəzifələrində fəaliyyət göstərdi. Nazirlik vəzifəsindən azad olduqdan sonra Əyan məclisinə üzv seçildi (1911). Qazi Əhməd Muxtar Paşa hökumətində Nafiyə (İnşaat və Memarlıq işləri), Kiprli Kamil Paşa hökumətində isə Bahriyyə naziri vəkili olaraq çalışdı. Balkan yarımadasındakı sülhü təmin etmək məqsədilə keçirilən London konfransına üzv olaraq qatıldı. Ancaq Mahmud Şövkət Paşa sədarətində yeni hökumətin qurulması səbəbilə geri çağrıldı. I Dünya Müharibəsinin sonunadək Əyan məclisi üzvlüyündən başqa heç bir vəzifədə olmadı. Xanımının müalicəsi səbəbilə getdiyi İsveçrədə ikən Mudros müqaviləsi imzalandı (30 oktyabr 1918). Müqavilə şərtlərinin ağır olması səbəbilə bir müddət İstanbula gələ bilmədi. Paris konfransına qatılmaq üzrə öncə İsveçrəyə gələn Kürəkən Fərid Paşadan geri dönüş üçün yardım istəsə də, sədrəzəm çox yaxında yeni bir hökumət kabinetinin qurulacağını və ona da bu kabinetdə vəzifə veriləcəyini, o vaxta qədər burda qalmasını bildirdi.
Ancaq Parisdən əli boş qayıdan və Milli Hərəkata qarşı münasibəti səbəbilə ağır tənqidlərə məruz qalan Fərid Paşa istehfa verdi və ertəsi gün yenidən vəzifəyə gətirildi (21 iyul 1919). Üçüncü hökumət kabinetini hansısa siyasi birliyə bağlı olmayan şəxslərdən təşkil etmək istəyən Fərid Paşa, Milli Mübarizə Hərəkatıın dəstəkçiləri olan Əli Rza, Əhməd İzzət və Saleh Paşanı kabinetə çağırdı. Bu 3 paşanın ortaq xüsusiyyəti yaşlı olmaları, İttihadçılarla çox yaxın olmamaları və hərbi təhsillərini məktəbdən almaları səbəbilə orduda sevilmələri idi. Bahriyyə nazirliyinə təyin edilən Saleh Paşa İsveçrədən dönənədək ona Əli Rza Paşa vəkillik etdi. Ancaq çox keçmədən Fərid Paşanın yanlış siyasəti nəticəsində İstanbulla Anadolu arasında münasibətlər korlandı və hökumət istehfaya göndərildi (30 sentyabr 1919). Yeni hökumət isə Əli Rza Paşanın rəhbərliyi ilə quruldu (2 oktyabr 1919). Qurulan bu hökumətdə də Bahriyyə nazirliyi vəzifəsini qoruyan Saleh Paşa öz istəyilə Anadoludakı hərəkat üzvləriylə danışıqları bərpa etmək üçün Anadoluya göndərildi. Amasiyada Mustafa Kamal Paşa, Hüseyn Rauf və Bəkir Sami bəylərlə üç gün boyunca müzakirələr apardı (20 – 22 oktyabr 1919) və nəticədə 5 protokol imzalandı. Beləcə, Ərzurum və Sivas konqreslərində alınan qərarlar İstanbul hökuməti tərəfindən təsdiqləndi. Razılığa əsasən yeni çağırılacaq Məclis-i Məbusan İstanbulda toplandı (12 yanvar 1920). Ancaq İstanbul hökuməti ilə Anadoludakı hərəkatın birləşməsindən narahat olan işğalçı birliklərin təzyiqləriylə Əli Rza Paşanın hökuməti istehfaya getməyə məcbur oldu (3 mart 1920).
Sultan Vahidəddin isə son hökumət kabinetinin fəaliyyətindən razı qalmışdı və bu istiqamətdə fəaliyyət göstərməsi şərtiylə Saleh Paşanı saraya dəvət etdi. Dəvətin səbəbini öyrənərək ağlamağa başlayan Saleh Paşa ilk öncə bu vəzifəni qəbul etməyəcəyini bildirdi. Ancaq Fərid Paşanın yenidən sədarətə gətiriləcəyini və bunun nəticələrinin pis olacağını izah edən Mabeyn baş katibi Əli Fuad bəy tərəfindən zorla sultanın qəbuluna salındı. Qəbul əsnasında da tərəddüd yaşayan Saleh Paşa vəzirlik və marşal rütbəsiylə birlikdə yeni kabinetin qurulması vəzifəsini qəbul etdi. Sultan Vahidəddinin ondan yeganə istəyi isə məclis üzvlərinin hökumət kabinetinə alınmaması və kabinetə alınacaq şəxslərin daha öncədən saraya xəbər verilməsi oldu. Nəticədə tamamilə bitərəf şəxslərdən toplanan Saleh Paşa hökuməti 8 mart 1920-ci ildə fəaliyyətə başladı.[1]
Bu əsnada isə işğalçı birliklər İstanbuldakı yunan və ermənilərin müsəlman tərəfindən qətlə yetiriləcəyi şayələrini yaymağa başladılar. Hökumət tərəfindən bu xəbərlər yalanlansa da, İstanbulu işğal etməyə başlayan müttəfiq birlikləri (15 – 16 mart gecəsi) şəhərdə hərbi vəziyyət elan etdi və önəmli yerləri, eləcə də rəsmi qurumları ələ keçirdi. Milliyyətçi məclis üzvlərini və dövlət adamlarını həbs edərək Malta adasına sürgün etdilər. Vəziyyət sədrəzəm Saleh Paşaya İngiltərə səfirliyinin tərçüməçisi tərəfindən səhər saatlarında açıqlandı. Verilən notayla razılaşmaq istəməyən Saleh Paşaya, Milli Mübarizə hərəkatının rəhbərləri ilə – başda Mustafa Kamal Paşa olmaqla əlaqənin kəsilməli olduğu, əks təqdirdə hökumətin ləğv ediləcəyi, üzvlərinin isə cəzalandırılacağı bildirildi. Dərhal cabinet üzvlərini toplayan Saleh Paşa vəziyyəti müzakirə etdikdən sonra saraya gedib məlumat verdi. Günorta saatlarında baş tutan iclasın ardından istehfaya getməyi təklif edən Saleh Paşa, Daxili işlər naziri Hazım bəy və bəzi nazirlərin etirazı ilə fikrindən daşındı. İşğalçı birliklərin notasına 18 mart axşamı verilən cavabda işğalın səbəbsiz və yersiz olduğu, Anadoludakı hərəkatın isə yunan işğalı nəticəsində başladığı qeyd edildi. Saleh Paşa istehfa vermədikcə işğalçı birliklərin istədiyi Fərid Paşanın sədarətə gətirilməsi mümkünsüz idi. Bu səbəblə vəzifədə qalmağı özünə borc bilən Saleh Paşa istehfa verməkdən imtina edirdi. Bu əsnada Mustafa Kamal Paşa İstanbuldakı hökumətin işğalçı qüvvələr tərəfindən ələ keçirilməsini bəhanə göstərərək ölkənin idarəsini ələ aldı və Ankarada yeni bir məclisin çağırılmasına hazırlaşdı. Anadoludakı bu hərəkatı dəstəkləmək istəyən Saleh Paşa məclis üzvlərindən ibarət bir heyəti Ankaraya göndərdi. Bu hərəkəti işğalçı birliklərin etirazı ilə qarşılandı və nəticədə istehfa verməyə məcbur edildi (5 aprel 1920). Beləcə bir aylıq Saleh Paşa hökuməti ilə 6 ay davam edən İstanbul-Ankara yaxınlaşması da sona çatdı. Yeni qurulan Fərid Paşa hökuməti tərəfindən haqqında tədqiqat başlandı və rütbəsi kapitana salındı (18 iyul 1920). Ancaq həmin ilin oktyabrında qurulan Əhməd Tofiq Paşa hökuməti tərəfindən haqqındakı tədqiqat dayandırıldı və əvvəlki rütbələri geri verildi.
Saleh Paşa qurulan bu hökumətdə Bahriyyə nazirliyinə gətirildi. Bu vəzifəsi əsnasında Daxili işlər naziri Əhməd İzzət Paşanın rəhbərlik etdiyi sülhməramlı heyətlə Anadoluya göndərildi (2 dekabr 1920). Heyəti Biləcikdə qarşılayan Mustafa Kamal Paşa yeni qurulan İstanbul hökumətini tanımadığını bildirərək heyət üzvlərini 3 ay boyunca Ankarada saxladı. Ankaradan döndükdən sonra isə həm Saleh Paşa, həm də heyətin rəhbəri Əhməd İzzət Paşa bundan sonra hansısa rəsmi vəzifəyə gətirilməyəcəkləri ilə bağlı yazılı mətni imzalayaraq azadlığa buraxıldı (7 mart 1921). İmzaladıqları mətnə sadiq qalaraq 23 aprel tarixində istehfa verən hər iki paşa Sakarya döyüşündən az öncə yenidən kabinetə alındılar (12 iyun 1921). Bu vəzifəsində ikən vəfat edən xanımının cənazəsini almaq üçün getdiyi İsveçrədə (7 avqust – 20 oktyabr 1921) Milli Mübarizənin dəstəklənməsi üçün Fransa və İtaliya ilə gizli əlaqələr qurdu. Səltənətin ləğvindən sonra digər dövlət adamlarıyla birlikdə istehfa edən Saleh Paşa (4 noyabr 1922) Mustafa Kamal Paşa ilə heç vaxt tam mənada uyğunlaşmadı. Atatürk ona nə vəzifə verdi, nə də şəxsi həyatına qarışdı. Çox cüzi məbləğlə təqaüdə çıxarılan Saleh Paşa 1934-cü ildə Kezrak soyadını aldı və həyatının geri qalan hissəsini yoxsul şəkildə İstanbulda keçirdi. 25 oktyabr 1939-cu ildə İstanbul Göztəpədəki evində vəfat etdi və cənazəsi marşallara xas mərasimlə Əyyubsultan məzarlığına dəfn olundu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.