From Wikipedia, the free encyclopedia
"Sailor Star Song" (セーラースターソング, Sērā Sutā Songu?, azərb. Seylor Ulduz mahnısı) — "Seylor Mun" animesinin 5-ci mövsümündə açılış mahnısı kimi istifadə olunmuş sinql. Sözlərini manqaka Naoko Takeuçi yazmış, musiqisi Söki Araki tərəfindən bəstələnmişdir, Kae Hanazava tərəfindən isə ifa olunmuşdur.[1][2][3] Mahnı "Bishōjo senshi Sailor Moon Sailor Stars Music Collection" albomunun bir hissəsidir.
"Sailor Star Song" | |
---|---|
Kae Hanazava tərəfindən Bishōjo senshi Sailor Moon Sailor Stars Music Collection albomunda ifa olunmuş sinql | |
Yayımlanma tarixi | 20 aprel 1996 |
Format | sinql |
Janr | J-pop |
Dil | yapon dili |
Müddət | 3:51 |
Bəstəkar | Söki Araki |
Sözlərin müəllifi | Naoko Takeuçi |
Studiya | Columbia Records |
Əvvəlki 4 mövsümdə animenin açılış mahnısı kimi "Moonlight Densetsu" mahnısından istifadə olunsa da, 5-ci mövsümdə bu mahnıya üstünlük verilmişdir.[4] "Seylor Mun" animesinin açılışı ilə yanaşı, sonuncu — 200-cü seriyada Seylor Mun ilə Seylor Qalaksiya arasındakı döyüşdə çalınmışdır.[5]
Mahnının ingilis versiyası ilə yanaşı italyan versiyası da mövcuddur və "Petali di Stelle, Petali di Luna" adlanır. Lakin bu versiya animenin italyan versiyasında açılışında deyil (əvəzində "Petali di Stelle per Sailor Moon" mahnısından istifadə olunmuşdur), sadəcə 200-cü seriyada oxunmuşdur.[4]
Seylor Mun pərəstişkarları mahnını "Makenai" adlandırmağa üstünlük verirlər. "Makenai" mahnının yapon versiyasında yer alan sözlərdən biridir.[4]
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Sailor Star Song" | |
2. | "もっとすてきな朝がくるよ" | |
3. | "Sailor Star Song" (Orijinal karaoke) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.