Əmək və əhalinin sosial müdafiəsi naziri From Wikipedia, the free encyclopedia
Sahil Rafiq oğlu Babayev (1980, Bakı) — Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Sahil Babayev | |
---|---|
Vəzifədədir | |
21 aprel 2018-ci ildən | |
Prezident | İlham Əliyev |
Əvvəlki | Səlim Müslümov |
Azərbaycan Boks Federasiyasının prezidenti | |
Vəzifədədir | |
9 fevral 2022-ci ildən | |
Əvvəlki | Kəmaləddin Heydərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1980 |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1980-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. İngilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının əvəzçiliklə müəllimi, Azərbaycan Diplomatik Akademiyasında müxtəlif mövzular üzrə mühazirəçi olub, İngiltərə, Fransa və digər ölkələrdə beynəlxalq hüquq və müqavilə hüququ sahəsində müxtəlif təlim və kurslarda iştirak edib. Beynəlxalq neft sazişlərinə, Hasilatın Pay Bölgüsü haqqında Sazışlərə, beynəlxalq və milli-hüquqi tənzimləməyə, beynəlxalq hüquqi proses və beynəlxalq məhkəmə prosedurlarına dair dissertasiya və monoqrafiyaların müəllifidir. Eyni zamanda, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində "Kommersiya hüququ" dövlət imtahan komissiyasının sədridir.[7]
Ailəlidir, 3 övladı var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.