From Wikipedia, the free encyclopedia
Safeguard (azərb. sağlam müdafiə) — Procter & Gamble şirkətinə daxil olan antibakterial sabun markası. Procter & Gamble-ın laboratoriyalarında hazırlandıqdan sonra Safeguard ilk dəfə 1963-cü ildə ABŞ-də satışa çıxarılmış və istehlakçılar tərəfindən maraqla qarşılanmışdır.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Safeguard | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | sabun |
Təsis tarixi | 1963 |
Baş qərargahın yeri | ABŞ |
Struktur | |
Ana şirkət | Procter & Gamble |
www.safeguardsoap.com |
Safeguard sabunları ABŞ, Meksika, Ukrayna, Latviya, Kanada, Misir, Çin, Nigeriya, Keniya, Pakistan və Filippin kimi ölkələrdə istehlakçıların ən çox üstünlük verdikləri sabun markası hesab olunur.
2012-ci ilin 30 aprel tarixindən etibarən yuxarıda göstərilən ölkələrə Estoniya, Beliz, Polşa, Litva və Sloveniyada qoşulmuşdur. 2012-ci ilin 1 may tarixindən etibarən isə Safeguardın əhatə dairəsinə Avstraliya, Yeni Zelandiya, Baham adaları, Qərbi Afrika, Banqladeş və Nepalda daxil olmuş və bununla da Safeguard bütün dünyanı əhatə etmişdir.
Safeguard bu gün dünyanın 15-dən çox ölkəsində nə çox üstünlük verilən antibakterial sabun markasıdır. Pakistanda Procter & Gamble mütəxəssisləri və yerli həkimlərlə birlikdə ölkə tarixinin ən böyük gigiyena layihəsinə start verildi. Layihə çərcivəsində Pakistanda təhsil alan 4 milyon nəfərə yaxın uşaq layihəyə cəlb edildi.
Pakistan Səhiyyə Nazirliyi tərəfindən elan edilən nəticəyə əsasən layihədə iştirak edən şagirdlərin 86% gigiyena və şəxsi müadafiə sahəsində irəliləyiş əldə etdi. Safeguard eyni zamanda Beynəlxalq əl-üz yuma günü kimi maraqlı tədbirlər həyata keçirməklə dünyanın 80-dan çox ölkəsində yaşayan insanlara gigiyena və şəxsi müadafiə sahəsində təlimlər keçdi, bilgilər verdi.
Meksika, Pakistan və Filippin kimi ölkələrdə uşaqlarda gigiyena vərdişlərinin formalaşdırıması və inkişaf etdirilməsi üçün Komandir Safeguard adlı cizgi filmi yayımlanmağa başlandı. Uşaqların böyük marağına səbəb olan cizgi filmində Komandir Safeguard tərəfindən gigiyena və şəxsi müdafiənin əhəmiyyətliliyi barədə tez-tez mesajlar verilir, uşaqlara bədən qulluğunun önəmlərindən danışılırdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.