Sadaxlı
Gürcüstanda kənd From Wikipedia, the free encyclopedia
Gürcüstanda kənd From Wikipedia, the free encyclopedia
Sadaxlı (gürc. სადახლო) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Sadaxlı | |
---|---|
სადახლო | |
41°14′20″ şm. e. 44°47′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1771 |
Mərkəzin hündürlüyü | 450 m |
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhalisi | 7337[1] nəfər (2014) |
Milli tərkibi | azərbaycanlılar 99,8%[2] |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 – 357[3] |
Poçt indeksi | 3000[4] |
Vikianbarda əlaqəli mediafayllar |
Sadaxlı kəndi Sarvan şəhərindən 35 km, paytaxt Tiflisdən isə 65 km cənubda, dəniz səviyyəsindən təqribən 450 metr yüksəklikdə, Tona çayının sol sahilində yerləşir. Həmin ərazidə bu çay həm də Ermənistanla Gürcüstanın sərhəd xəttinin bir hissəsini təşkil edir.
2002-ci ildə Gürcüstanda aparlmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən kənddə 2272 ailədə 9450 nəfər əhali yaşayır. Kənd əhalisinin 50,1%-i kişilər, 49,9%-i isə qadınlardan ibarətdir. Ailələrin orta say tərkibi 4,2 nəfərdir. Rəsmi statistikaya əsasən kənd sakinlərinin 97%-i etnik azərbaycanlılardan ibarətdir. Sadaxlı kəndi əhalisinin sayına görə Borçalıda və Gürcüstanda ən böyük kənd yaşayış mətəqəsidir.
Sadaxlı Marneuli rayonunun aqrar kəndidir. Əsas məşğulluq sahələri kənd təsərrüfatı və sərhədyanı ticarətdir. Taxılçılıq, tərəvəzçilik, kartofçuluq, maldarlıq, arıçılıq və s. inkişaf etmişdir. Ermənistanla sərhəddə yerləşdiyindən burada eyniadlı sərhəd-buraxılış məntəqəsi və gömrük postu da yerləşir. 2003-cü ilədək burada sərhədyanı ticarət üçün nəzərdə tutulmuş bazar (Sadaxlı bazarı) fəaliyyət göstərsə də, sonralar naməlum səbəblərdən bağlanmışdır. Bazarın fəaliyyətini dayandırması kənddə işsizliyin artmasına rəvac verərək güclü emiqrasiya ilə müşayiət olunmuşdur. Sadaxlı kəndi və ətraf azərbaycanlı kəndləri ildə 11.000 ton taxıl istehsal edirdilər, lakin son illərdə məmurlar həmin kəndlərə gələn 80 km uzunluğunda su xəttini kəsərək metal qəbuluna satması nəticəsində kəndlər susuz qalıb. Nəticədə həmin kəndlərin əhalisi 18.000 nəfərdən indi 4.000–5.000 nəfərə qədər düşüb.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.