Sadapur
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Sadapur (Marathi:सैदापूर) — Hindistanda yerləşən kənddir. Kənd Maxaraştra ştatının Pune rayonunun Maval tesxilində yerləşir.
Kənd | |
Sadapur | |
---|---|
सैदापूर | |
18°44′43″ şm. e. 73°26′39″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Ştat | [[Maxaraştra]] |
Rayon | Pune |
Texsil | Maval |
Texsil | Maval |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+5 |
Əhalisi | |
Rəsmi dili | Marathi dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 2114 |
Poçt indeksi | IN-MH |
Digər | |
maharashtra.gov.in | |
Sadapur kəndi Mumbay-Pune köhnə avtomobil yolu və yeni Mumbay-Pune sürətli qatar yolu arasında yerləşir. Sadapurun yaxınlığında Devale, Devqar, Malavali və Tace kəndləri yerləşmişdir. Sadapur kəndinin yaxınlığında həmçinin Karcat Taluka, Taleqaon Dabade Taluka, Mulşi Taluka və Xalapur Taluka adlı tesxillər yerləşmişdir. Sadapura ən yaxın olan rayonlar Rayqad rayonu, Tane rayonu, Mumbay şəhəri və Mumbay şəhərətrafı rayonudur. Sadapur ətrafında yerləşən ən yaxın dəmir yol vağzalları Vadqaon dəmir yolu stansiyası, Beqdevadi dəmir yolu stansiyası, Teeqaon dəmir yolu stansiyası, Taleqaon dəmir yolu vağzalı və Vileqaon dəmir yolu stansiyasıdır. Sadapur ətrafında turistlər üçün görməli yerlər olan Lohaqad qalası və Karla mağarası yerləşmişdir.[1][2]
Məlumatlar | Ümumi | Kişi | Qadın |
---|---|---|---|
Evlərin ümumi sayı | 113 | ||
Əhalisi | 682 | 352 | 330 |
Kənd kimi Sadapur Hindistan və yerli Pançayati rac konstitusiyasında kəndin seçilmiş nümayəndəsi olan sərpənç tərəfindən idarə edilir. Kənd Maval talukasında yerləşmişdir. Talukanın qərargahı isə Vadqaonda yerləşir və təhsildar tərəfindən tənzimlənir. 2011-ci ilin əhalinin siyahıya almasına görə əhalinin sayı 682 nəfərdir. Onlardan 445 nəfəri savadlı, 237 nəfəri isə savadsızdır. Sadapurda bir ibtidai məktəb yerləşir.[3]
2011 əhalinin siyahıya alınması kimi 0-6 yaş qrupu uşaqların sayı 98 nəfərdir. Bu, Sadapur kəndinin əhalisi ümumi sayının 14.37 faizini təşkil edir. Orta cins əmsalı orta hesabla 1000 kişiyə 938-dir. Ştat daxilində isə ən yüksək nəticə 929-dur. Uşaqların cins əmsalı isə 815-dir. Maxaraştra ştatında isə bu nəticə 894-dür. Sadapur savadlılıq səviyyəsi 76.20 % təşkil edir. Maxaraştra ştatında bu göstərici 82.34 %-dir. Kəndin savadlılığı ştata nəzərən çox aşağıdır. Kişilərin savadlılıq səviyyəsi 86.24 %, qadınlar da isə 65.73 %-dir. Kənddə 31 nəfər Nəzərdə Tutulan Zümrə və Qəbiləyə daxildir. Onlardan 5-i zümrəyə, 26-sı isə qəbiləyə daxildir. Kənddə qəbilə silkinin 7.04 % nümayəndəsi yaşayır.[4]
Maval talukası Hindistanın Maxaraştra ştatının Pune rayonunun daxilində yerləşir. Taluka Mumbaydan 54 km, Punedən 54 km məsafədə yerləşir.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.