From Wikipedia, the free encyclopedia
Saburo Ayzava (相沢 三郎, Ayzava Saburo?, 6 sentyabr 1889 – 3 iyul 1936, Tokio) – Yaponiya hərbçisi və sui-qəsdçisi. Ayzava insidentində Tetsuzan Naqatanı öldürmüşdür.
Saburo Ayzava | |
---|---|
yap. 相沢三郎 | |
Doğum tarixi | 6 sentyabr 1889 |
Vəfat tarixi | 3 iyul 1936 (46 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | hərbi qulluqçu |
Fəaliyyət illəri | 1910-cu ildən |
Saburo Ayzava Yaponiya ordusunun ultramilliyyətçi polkovnik-leytenantı olmuş, Fukuyamada xidmət göstərmişdir. 1935-ci ildə ordunun Toseyha fraksiyasının rolunu gücləndirmək üçün hökumət tərəfindən atılan addımlar Ayzavanın narazılığına səbəb olmuşdur. O, Cinzaburo Mazakinin hərbi təlim inspektoru vəzifəsindən uzaqlaşdırılmasına etiraz etmişdir. Tayvana təyinat aldığını öyrəndikdən sonra bu uzaqlaşdırmadan məsul olan şəxsi öldürmək qərarına gəlmişdir.[1]
Ayzava 12 avqust 1935-ci ildə Hərbi İşlər Bürosunun rəhbəri Tetsuzan Naqatanın ofisinə daxil olaraq onu bıçaqlamış və öldürmüşdür. Ayzava üçün keçirilən məhkəmə prosesində Kodoha fraksiyası vətənpərvər fikirlərlə çıxış edərək onu müdafiə etmişdir. Lakin ekstremist addımına görə 26 fevral 1936-cı ildə müqəssir hesab olunmuş və 7 iyul 1936-cı ildə edam edilmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.