From Wikipedia, the free encyclopedia
SSRİ hökumət başçısı (rus. Глава Правительства СССР) — Sovet Sosialist Respublikaları İttifaqında hökumət rəhbəri vəzifəsinin qeyri-rəsmi adı. Bu vəzifənin rəsmi adı isə tamamilə başqa şəkildə, özü də müxtəlif illərdə müxtəlif şəkildə olmuşdur.
SSRİ hökumət başçıları | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | SSRİ |
Yurisdiksiya | Sovet Sosialist Respublikaları İttifaqı |
Yaradılma tarixi | 30 dekabr 1922 |
Əvvəlki qurum | vəzifə təsis edilib, özü birincidir |
Ləğv edilib | 25 dekabr 1991 |
Sonrakı | dövlət dağıldığından vəzifə mövcud olmayıb |
Ünvan | Kreml |
Rəhbərlik | |
Rəhbər |
birinci Vladimir Lenin sonuncu İvan Silayev |
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ-nin mövcudluğu dövründə cəmi 12 nəfər hökumət başçısı olmuşdur. Onlardan ikisi vəzifədə olarkən vəfat edib (Vladimir Lenin və İosif Stalin), üçü istefaya göndərilib (Aleksey Kosıgin, Nikolay Tixonov və İvan Silayev). SSRİ hökumət başçısı vəzifəsini icra edən 2 nəfər eyni vaxtda həm də partiya rəhbəri vəzifəsini daşımışdır (Stalin və Nikita Xruşşov).
Birinci hökumət başçısı Sovet Sosialist Respublikaları İttifaqının yaradılması müqaviləsindən sonra 1922-ci ildə Lenin olmuşdur. Sonuncu olan İvan Silayev 1991-ci ildə 126 gün kabinetə rəhbərlik edərək bu vəzifəni ən qısa müddət ifa edən şəxs olub. Kosıgin 14 ildən çox bu vəzifəni icra edərək kabinetdə ən uzun vaxt qalan şəxs olub və iki dəfədən çox hökumət formalaşdıran yeganə şəxsdir. 1980-ci ildə istefasından bir az sonra vəfat edib
Xalq Komissarları Şurası (Sovnarkom) Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) tərəfindən 8 noyabr 1917-ci ildə yaradılıb. 1924-cü il Konstitusiyasının 38-ci maddəsi ifadə edir ki, sədrin gücü, funksiyaları və vəzifələri şuranın işini və qanunvericiliyi təftiş edən Mərkəzi İdarəetmə Komissiyası tərəfindən verilir. Xalq Komissarları Soveti Sovet İttifaqında məcburi olan qanunları və qərarları çap etdirir.[1][2] 1946-cı ildə Xalq Komissarları Şurası Sovet Sosialist Respublikaları İttifaqı və Sovet sosialist respublikaları səviyyəsində Nazirlər Şurasına çevrildi.[3]
Nikita Xruşşovu Sov. KP MK-nın birinci katibi postundan və SSRİ Nazirlər Sovetinin sədri vəzifələrindən kənarlaşdırmış Sov.İKP MKnın avqust plenumunda (1964-cü il) bir şəxsin eyni vaxtda həm Sov.İKP MK-nın Baş katibi və həm də SSRİ-nin hökumət başçısı vəzifəsini tutması yolverilməz hesab olundu. [4] Kosıgin Nazirlər Şurasının Sədri kimi onun rolunda iqtisadi idarəçilik vəzifəsində idi. Ancaq Kosıginin vəzifəsi 1965-ci ildə iqtisadi reform təklif edəndən sonra zəiflədi.[5]
1977-ci il SSRİ Konstitusiyasına görə Nazirlər Sovetinin sədri SSRİ hökumətinin başçısı idi. SSRİ Ali Soveti Rəyasət heyətinin sədri (1977–1985 və 1988–1989-cu illərdə Sov. İKP MK-nın baş katibləri ənənəvi olaraq həm də SSRİ Ali Soveti Rəyasət heyətinin sədri vəzifəsinə seçilərək SSRİ-nin dövlət başçısı olmuşdular) isə tamamilə hökumətin və icraedici hakimiyyətin başçısı idi. 1990-cı ildə prezident hakimiyyətinin qurulmasına qədər hökumət başçılığı Sovet Sosialist Respublikaları İttifaqında təsir və tanınma baxımından ən yüksək vəzifələrdən biri idi. Hökumət başçısı Ali Sovetə hesabat verməli idi və SSRİ Ali Sovetinin sessiyaları arasında gedən mərhələlərdə Ali Sovetin komissiyası qarşısında hesabat verirdi.[6] Hökumət başçısına Ali Sovetlə və komissiya ilə yarışmayacaq şəkildə SSRİ-nin ədalət sisteminə uyğun olaraq idarəçilik işlərini həll etmək tapşırılmışdı. Hökumət başçısına beş illik planlara rəhbərlik edərək və mədəni inkişafı təmin edərək milli iqtisadiyyatı idarə edirdi.[6]
Nikolay Rıjkovun yerinə Valentin Pavlov keçdikdən sonra Nazirlər Soveti, Nazirlər Kabineti, SSRİ Nazirlər Sovetinin Sədri isə SSRİ Baş Naziri adlandı. Uğursuz Avqust çevrilişindən sonra kabinet üzvləri çevrilişi dəstəklədi və 1991-ci ildə Nazirlər kabineti SSRİ xalq təsərrüfatını operativ idarəetmə komitəsi ilə əvəz edildi. SSRİ xalq təsərrüfatını operativ idarəetmə komitəsi adı SSRİ Respublikalararası İqtisadi Komitə [7]olaraq dəyişdirildi və daha sonra SSRİ Respublikalararası İqtisadi Komitə (digər adı İqtisadi Cəmiyyət) ilə əvəz olundu.[8]
Vəzifənin adı | İllər |
---|---|
"SSRİ Xalq Komissarları Sovetinin sədri" | 30 dekabr 1922 – 15 mart 1946 |
"SSRİ Nazirlər Sovetinin sədri" | 15 mart 1946 – 14 yanvar 1991 |
"SSRİ Baş naziri" | 14 yanvar 1991 – 5 sentyabr 1991 |
"SSRİ xalq təsərrüfatını operativ idarəetmə komitəsinin rəhbəri"[9] | 5 sentyabr 1991 – 20 sentyabr 1991 |
"SSRİ Respublikalararası iqtisadi komitəsinin sədri"[9] | 20 sentyabr 1991 – 14 noyabr 1991 |
"SSRİ Dövlətlərarası İqtisadi Komitəsinin Sədri — İqtisadi birliyin Baş naziri"[9] | 14 noyabr 1991-ci il — 26 dekabr 1991-ci il |
SSRİ hökuməti başçısına geniş səlahiyyətlər verilmişdi, onlar "SSRİ Nazirlər Soveti haqqında" qanunda göstərilmişdi (5 iyul 1978-ci il):
Ad, Soyad (doğum–ölüm) |
Vəzifədə keçirdiyi müddət | Elektorat | ||||
---|---|---|---|---|---|---|
1 | Xalq Komissarları Sovetinin sədrləri (1922–46) | |||||
Vladimir Lenin (1870–1924)[10] |
30 dekabr 1922 – 21 yanvar 1924 | — | ||||
Birinci hökumət başçısıdır. Rusiya Sosial Demokrat İşçi Partiyasını Fevral və Oktyabr inqilabları zamanı idarə edib [11] və dünyanın ilk sosialist dövlətini (RSFSR) yaradıb [12] və 1922-ci ildə Sover Sosialist Respublikaları İttifaqını yaradıb.[13] | ||||||
2 | Aleksey Rıkov (1881–1938)[14] |
2 fevral 1924 – 19 dekabr 1930 | 1924, 1925, 1927, 1929 | |||
Bolşevik partiyasındakı mülayim siyasəti dəstəkləyən fraksiyanın üzvü olan Rıkov digər yoldaşları ilə birlikdə partiyaya səhvlərini etiraf etdi və 1930-cu ildə Rıkov hökumət başçılığı vəzifəsini itirdi. [15] | ||||||
3 | Vyaçeslav Molotov (1890–1986)[16] |
19 dekabr 1930 – 6 may 1941 | 1931, 1935, 1936, 1937 | |||
O, Stalinin həyata keçirdiyi kənd təsərrüfatında kollektivləşməyə, Birinci beşillik planın (1928–1932) həyata keçirilməsinə, SSRİ-in sənayeləşdirilməsinə və 1937–1938-ci il təmizlənməsinə nəzarət etdi. [17] Molotovun simvolik hakimiyyətinin altında Sovet İttifaqı aqrar və sənaye texnologiyalarında böyük irəliləyiş əldə etdi. [18] | ||||||
4 | İosif Stalin (1878–1953)[19] |
6 may 1941 – 15 mart 1946 | 1946 | |||
Stalin Böyük Vətən müharibəsi dövründə ölkəni idarə etdi və ölkənin yenidən qurulmasına kömək etdi. O, SSRİ Xalq Komissarları Sovetinin adını SSRİ Nazirlər Soveti olaraq dəyişdi.[20] | ||||||
Nazirlər Sovetinin sədrləri (1946–1991) | ||||||
İosif Stalin (1878–1953)[19] |
15 mart 1946 – 5 mart 1953 | 1950 | ||||
Müharibədən sonra Şərqi Avropada kommunist hökumətlər quraraq Sovetin dəmir pərdəsi kimi uzun müddət Qərb ölkələri və SSRİ arasında Soyuq müharibə [21] olaraq bilinən düşmənçiliyin səbəbi olan Şərq Blokunu yaratdı. [20] | ||||||
5 | Georgi Malenkov (1902–1988)[22] |
6 mart 1953 – 8 fevral 1955 | 1954 | |||
Stalinin ölümündən sonra hakimiyyəti ələ keçirdi və Xruşşova qarşı mübarizədə hakimiyyəti itirdi. O, Xruşşov anti-stalinizmə başlayana qədər hakimiyyəti davam etdirdi. 1955-ci ilin fevralında G. Malenkov "Leninqrad işi"nin təşkilində günahlandırılaraq hökumət başçısı vəzifəsindən çıxarıldı və N. Bulqaninlə əvə edildi.[23] | ||||||
6 | Nikolay Bulqanin (1895–1975)[24] |
8 fevral 1955 – 27 mart 1958 | 1958 | |||
Stalinə pərəştişin qadağan edilməsini idarə edən Bulqanin əvvəlcə Xruşşovun dəstəkçisi idi. Ancaq Xruşşovun radikal siyasətinə görə münasibətləri korlandı və anti-partiyaçı hesab edilərək Xruşşov tərəfindən vəzifəsindən çıxarıldı.[25] | ||||||
7 | Nikita Xruşşov (1894–1971)[22] |
27 mart 1958 – 14 oktyabr 1964 | 1962 | |||
Ölkəni Karib böhranı zamanı idarə etdi. 1961-ci il pul islahatı kimi bir çox islahat və siyasətdə yeniliklərə rəhbərlik etdi. 1964-cü ilin oktyabrında N. Xruşşov tutduğu vəzifədən azad edilərək pensiyaya göndərildi.[26] | ||||||
8 | Aleksey Kosıgin (1904–1980)[27] |
15 oktyabr 1964 – 23 oktyabr 1980 | 1966, 1970, 1974, 1979 | |||
O, Leonid Brejnev və Nikolay Podqorni ilə birlikdə kollektivlik liderliyin üç liderindən biri idi. O, Durğunluq dövründə vəzifədə idi. [5] Kosıgin 1965, 1973–1973 və 1979 iqtisasi islahatlarını həyata keçirdi.[28] O, 1980-ci ildə pensiyaya çıxdı və 2 ay sonra vəfat etdi.[29] | ||||||
9 | Nikolay Tixonov (1905–1997)[30] |
— | 23 oktyabr 1980 – 27 sentyabr 1985 | 1984 | ||
Kosıginin gedişindən sonra yeni hökumət başçısı olan Tixonov [31] Brejnevin son illərində, Yuri Andropov və Konstantin Ustinoviç Çernenkonun dövründə və Mixail Qorbaçovun hakimiyyətinin başlanğıcında kabinetə rəhbərlik etdi.[32] | ||||||
10 | Nikolay Rıjkov (1929)[30] |
27 sentyabr 1985 – 14 yanvar 1991 | 1989 | |||
Rıjkov yeni texnologiyanı təqdim edərək və planlaşdırmanı mərkəzdən digər ərazilərə yayaraq Qorbaçovun Sovet iqtisadiyyatını dirçəltmək və yenidən qurmaq cəhdlərini dəstəklədi. Ancaq o, Qorbaçovun market mexanizmini Sovet iqtisadiyyatına təqdim etmək cəhdini dəstəkləmədi. [33] O, Nazirlər Sovetinin sədri vəzifəsi buraxılanda istefaya getməyə məcbur edildi. [34] | ||||||
11 | SSRİ-nin baş nazirləri (1991) | |||||
Valentin Pavlov (1937–2003)[35] |
— | 14 yanvar 1991 – 22 avqust 1991 | — | |||
Pavlov uğursuz pul islahatını həyata keçirdi. İslahat alınmadı [36] və bu Pavlovun Dövlət Fövqəladə Vəziyyət Komitəsinə qoşulmasına səbəb oldu. Dövlət Fövqəladə Vəziyyət Komitəsi 19 avqustda Qorbaçovu devirməyə cəhd etdi. Qəsdə əlbir olmasına görə Pavlov 29 avqustda həbs edildi. [37] | ||||||
12 | SSRİ Xalq təsərrüfatının operativ idarəetmə Komitəsinin rəhbərləri (1991) | |||||
İvan Silayev (1930)[38] |
— | 6 sentyabr 1991 – 20 sentyabr 1991 | — | |||
12 | SSRİ respublikalararası iqtisadi komitənin sədrləri (1991) | |||||
İvan Silayev (1930)[38] |
— | 20 sentyabr 1991 – 14 noyabr 1991 | — | |||
12 | SSRİ Dövlətlərarası İqtisadi Komitənin Sədri — İqtisadi birliyin baş nazirləri (1991) | |||||
İvan Silayev (1930)[38] |
— | 14 noyabr 1991 – 26 dekabr 1991 | — | |||
1991 avqust dövlət çevrilişindən sonra Sovet hökuməti respublikalar üxərində hakimiyyətini itirdi.
Silayev və Qorbaçov respublikaları birlikdə tutmaq iqtidarında deyildi.[39] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.