From Wikipedia, the free encyclopedia
Səfəvi-Osmanlı müharibəsi (1723-1727)[1] — 1723-1727-ci illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə.
Səfəvi-Osmanlı müharibəsi (1723-1727) | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibələri | |||
Tarix | 1723-1727 | ||
Yeri | Çuxursəəd, Qarabağ, Təbriz, Həmədan | ||
Nəticəsi | Həmədan müqaviləsi | ||
Ərazi dəyişikliyi | Araz çayından şimaldakı torpaqlar Osmanlının tərkibinə qatıldı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Müharibə Osmanlı İmperiyasının Səfəvilər İmperiyasına hücumu ilə 1723-cü ildə başlamışdır. Əfqan tayfalarının basqını nəticəsində Səfəvilər İmperiyasının zəifləməsindən istifadə edən III Əhməd Zaqafqaziyanı və Qərbi İranı ələ keçirməyə çalışırdı. 1723-1725-ci illərdə Osmanlılar Şərqi Gürcüstan, Çuxursəədi, Azərbaycan (Marağa, Xoy, Naxçıvan, Ordubad, Təbriz, Gəncə, Ərdəbil) və Qərbi İranı zəbt etdilər.
Osmanlı işğalı Rusiyanın Xəzər dənizi hövzəsində mənafeyinə ciddi təhlükə törədirdi. Hələ 1722-1723-cü illərdə rus qoşunları Dərbəddən Ənzəliyədək Xəzər dənizi sahillərini işğal etmişdi. 1723-cü il sentyabrın 23-də bağlanmış Rusiya-İran müqaviləsinə əsasən, həmin ərazilər Rusiyanın tərkibinə keçdi. Beləliklə Rusiya və Türkiyə arasında müharibə təhlükəsi yarandı. Lakin Rusiya və Türkiyə arasında 1724-cü il iyunun 23-də İstanbulda imzalanmış müqavilə bu təhlükəni aradan qaldırdı.
Osmanlılar öz işğallarını genişləndirərək Həmədan (1724) və Qəzvini (1725) tutdular. İsfahana yaxınlaşan Osmanlı ordusunun hücumu 1726-cı ildə əfqanlı Əşrəf tərəfindən dayandırıldı. Həmədanda bağlanmış sülhə (4 oktyabr 1727) görə Əşrəf Osmanlı sultanını bütün müsəlmanların xəlifəsi kimi tanıdı; türklərin tutduğu torpaqların Osmanlı İmperiyasına keçdiyini təsdiqlədi. İran şahı kimi tanınan Əşrəf sultandan asılı vəziyyətə düşdü.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.