Səfəvi–Rusiya müharibəsi – II Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyasının Qafqazın şimalında öz nüfuzunu artırmaq istəməsi ruslarla toqquşmaya səbəb oldu. 1646-cı ildən etibarən rus hökuməti Səfəvi torpaqlarından İsveçə qədər torpaqlarda ipək ticarəti edən xarici tacirlərin mövqelərini zəiflətməyə başlamış və 1649-cu ildə Sobornoe Ulojenie qəbul edilmişdi. Buna görə, xarici tacirlərin imkanları daha da məhdudlaşdırılırdı. Hakimiyyətinin ilk illərində Abbas ruslarla münasibətlərə əhəmiyyət vermirdi və onların Osmanlıya qarşı münasibətləri inkişaf etdirmək təkliflərini görməzdən gəlirdi. 1647 və 1653-cü illərdə ikili münasibətlərdə karvan quldurluğu hadisələrinə və Səfəvilərdə rus tacirlərin həbsinə görə gərginlik artdı. Həmçinin rusların sərhədlərini cənuba doğru genişlətməsi buraları özlərinin mülkü hesab edən Səfəvilərin qarşı çıxması ilə nəticələndi. Bu gərginliklər də 1651–1653 müharibəsinə və ya münaqişəsinə yol açdı. Bu müharibənin meydana çıxmasında rol oynayan səbəblərdən bir digəri də rusların devrilmiş gürcü kralı I Teymuraz üçün qala tikmək istəmələri idi. Ruslara yardım üçün müraciət edən Kaxetili I Teymuraz bu xəbərin II Abbasa çatmasından sonra öz istəyinə nail ola bilmədi. Qəndəharda olan II Abbas dərhal bu məsələ ilə məşğul olmaq üçün qoşun hazırlatdı. Şirvan bəylərbəyi Xosrov xanın komandanlığı altında yerli qumuqlarla əməkdaşıq edən Ərdəbil, Qarabağ və Astara qızılbaşları rusları məğlub etdilər, bazalarını ələ keçirdilər və özlərini qovdular. Bundan sonra İsfahan və Moskva arasında elçilər yekun sülh müqaviləsini həll etmək üçün gedib gəlməyə başladı, lakin sülh müqaviləsi 10 il sonra imzalandı.
Cəld faktlar Tarix, Yeri ...
Səfəvi - Rusiya müharibələri (1651-1653) |
---|
Rus - İran müharibələri |
|
Tarix |
1651-1653 müharibəsi, Sunja döyüşü (1653) |
Yeri |
Sunja çayı mənsəbi |
Səbəbi |
Rusiyanın Şimali Qafqazda möhkəmlənmə istəkləri, qəsd və hərb üsulu ilə strateji məntəqəyə yiyələnmək arzusu. |
Nəticəsi |
Tam Səfəvi qələbəsi, "İsfahan" sülhü. |
Ərazi dəyişikliyi |
Səfəvi sərhədlərinin Şimali Qafqaz diyarına qədər uzanması. |
|
|
|
|
Bağla