From Wikipedia, the free encyclopedia
Səbinə Yaşar qızı Əliyeva (7 may 1980, Bakı) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) (2019-cu ildən).
Səbinə Əliyeva | |
---|---|
Vəzifədədir | |
30 noyabr 2019-cu ildən | |
Prezident | İlham Əliyev |
Əvvəlki | Elmira Süleymanova |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 may 1980 (44 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | hüquqşünas |
Atası | Yaşar Əliyev |
Anası | Rəna Əliyeva |
Həyat yoldaşı | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Səbinə Yaşar qızı Əliyeva 1980-ci il mayın 7-də Bakı şəhərində ictimai-siyasi xadim, diplomat Yaşar Əliyevin ailəsində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 №-li tam orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almış, 2000-ci ildə buranı bakalavr pilləsi üzrə, 2002-ci ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirmişdir. 2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil almışdır. 2016-cı ildə Beynəlxalq hüquq və insan hüquqları ixtisası üzrə dissertasiya işini müdafiə edərək hüquq elmləri üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır.[1]
Səbinə Əliyeva 2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən isə aparat rəhbərinin müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2016-cı il tarixli Sərəncamı ilə ona 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.[2]
29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Ombudsman vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilmişdir.
Səbinə Əliyeva bir sıra beynəlxalq konfranslarda, o cümlədən Çin, Avstriya, Böyük Britaniya və Yunanıstanda keçirilən simpoziumlarda iştirak etmişdir. MDB-nin Parlament Assambleyasının xüsusi kurslarını bitirmişdir. Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunmuş Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının "Söz və toplaşmaq azadlığı" mövzusunda keçirilən yay məktəbinin iştirakçısı olmuşdur. Almaniya Federativ Respublikasında "Hüquqi transformasiya naminə hüquqi dialoq" adlı təlimlərdə, Fransanın Sarbon Biznes Məktəbində "Liderlik və strateji idarəçilik bacarıqları" adlı seminarda iştirak etmişdir.[3]
Rus və ingilis dillərini bilir. Bitərəfdir.[4] 27 iyun 2013-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı medalı ilə, 29 dekabr 2020-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə, eləcə də bir neçə yubiley medalı ilə təltif edilmişdir.[5]
Deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. İki övladı var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.