Sütəmurdov
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Sütəmurdov — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Xəzər dənizinin sahilində yerləşən bir kənddir. Sütəmurdov kəndi əsasən kənd təsərrüfatı ilə məşğul olan əhalisi ilə tanınır. Burada əsasən çayçılıq, tərəvəzçilik və sitrus meyvə yetişdirilməsi kimi sahələr inkişaf etmişdir. Kəndin ətrafı təbii gözəllikləri və yaşıllıqları ilə diqqət çəkir. Kənddə həmçinin tarixən bir çox mədəni və tarixi abidələr də mövcuddur.[1] Kənd Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lənkəran rayonunun Sütəmurdov kəndi Gərmətük kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sütəmurdov kənd Soveti yaradılmışdır. 1999-cu ildə isə Sütəmurdov kənd Soveti ləğv olunmuş və yerinə Sütəmurdov Bələdiyyəsi və Sütəmurdov kənd icra nümayəndəliyi təsis edilmişdir.
Sütəmurdov | |
---|---|
38°44′34″ şm. e. 48°51′41″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sütəmurdov kəndinin əhalisi təxminən 3,770 nəfərdir. Əhalinin əsas hissəsi azərbaycanlılardan və talışlardan ibarətdir.
İqtisadiyyatı
Sütəmurdov kəndi hallabonqun Azərbaycanda əkildiyi ilk kənddir.[2] Sütəmurdov kəndinin ərazisində ümumi sitrus bağının sahəsi 80 hektardan çoxdur ki, bunun 10 hektarında təxminən 4 minədək hallabonq ağacı əkilmişdir.[2][3]
Gəzməli və görməli yerləri
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.