From Wikipedia, the free encyclopedia
Sünəni Səid ibn Mənsur (ərəb. سنن سعيد بن منصور) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair sünni mühəddis Səid ibn Mənsur tərəfindən tərtib edilmiş hədislər toplusu.
Sünəni Səid ibn Mənsur | |
---|---|
ərəb. سنن سعيد بن منصور | |
Müəllif | Səid ibn Mənsur |
Janr | İslam |
Orijinalın dili | Ərəbcə |
Elektron versiya |
Əbu Usman Səid ibn Mənsur əl-Xorasani Cövzcanda (müasir Əfqanıstan) anadan olub və Bəlxdə İslam elmlərini öyrənməyə başlayıb. O, müsəlman dünyasını geniş şəkildə gəzmiş, sonra Məkkəyə yerləşmiş və 842-ci ildə orada vəfat etmişdir.
Sünən Səid ibn Mənsur Məhəmməd peyğəmbərin səhabələri haqqında hədis və rəvayətlərin ən mühüm və ən qədim mənbələrindən biri hesab olunur. Səid ibn Mənsura rəvayət mənbəyi kimi etibarın dərəcəsini imamlar Əhməd ibn Hənbəl, Müslüm ibn Həccac, Əbu Davud və başqalarının ondan hədislər nəql etmələri sübut edir.
"Sünən Səid ibn Mənsur" digər məcmuələrdən onunla fərqlənir ki, burada hədislərlə yanaşı, xəlifə Ömər ibn Xəttabın[1] dövründə Məhəmməd peyğəmbərin (s.a.v) səhabələrinin həyatından hadisələr də yer alır.
Səid ibn Mənsurun məcmuəsində tematik fəsillərə (əbvab) bölünmüş 2791 hədis vardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.