Söz bağçası
From Wikipedia, the free encyclopedia
Söz bağçası[1] və ya Yaponiyada tanınan adı ilə Kotonoha no Niwa (言の葉の庭?) — Makoto Şinkayın rejissorluğu və ssenaristliyi CoMix Wave Films studiyası tərəfindən 2013-cü ildə çəkilmiş dram və romantika anime filmi. Əsas personajları Miyu İrino və Kana Hanazava səsləndirmişlər. Şinkayın əvvəlki filmlərinin əksəriyyətində bəstəkar olan Tenmonun əvəzinə Daysuke Kaşiva film üçün musiqi bəstələmişdir. Filmin əsas mahnısı olan "Rain" orijinal olaraq 1988-ci ildə Senri Oe tərəfindən yazılmış və ifa olunmuşdur. Lakin filmin istehsalı prosesində Motohiro Hata tərəfindən yenidən ifa olunmuşdur. Filmin premyerasının baş tutduğu 2013-cü ildə Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyası və Şinkay tərəfindən yazılan roman seriyası adaptasiyası nəşr olunmağa başlamışdır.
Söz bağçası | |
Anime filminin posteri. | |
言の葉の庭 (Kotonoha no Niwa) | |
---|---|
Janr | dram, romantika |
Anime | |
Rejissor | Makoto Şinkay |
Prodüsser | Noritaka Kavaquçi |
Bəstəkar | Daysuke Kaşiva |
Studiya | CoMix Wave Films |
Digər lisenziyalar | AVA Madman Entertainment Anime Limited Sentai Filmworks |
Vaxt | 46 dəq. |
Manqa | |
Yazıçı | Makoto Şinkay |
Rəssam | Midori Motohaşi |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | Vertical |
Jurnal | Monthly Afternoon |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 25 aprel 2013 – 25 oktyabr 2013 |
Cildlər | 1 |
Manqa | |
Manqaka | Makoto Şinkay |
Nəşriyyat | Kadokawa Shoten |
Jurnal | Da Vinci |
Demoqrafiya | seynen |
Nəşr tarixi | sentyabr 2013 – aprel 2014 |
Cildlər | 1 |
Anime və manqa portalı |
Filmin diqqət mərkəzində olan əsas personajlar 15 yaşlı ayaqqabı dizayneri Takao Akizuki və 27 yaşlı müəmmalı qadın Yukari Yukinodur. Bu iki şəxs yağışlı bir gündə Şincuku Qyoen Milli Bağında qarşılaşırlar və həmin gündən etibarən hər yağışlı gündə bu bağda görüşməyə davam edirlər. Takao hər səhər məktəbə getməyərək bağda ayaqqabı dizaynı ilə məşğul olur. Yukino isə həyatındakı şəxsi problemlərə görə işindən yayınaraq bağa pənah gətirir. Yukino Takaoya adı da daxil olmaqla özü barədə heç nə demir, lakin Takao onun üçün ayaqqabı hazırlamaq istədiyini bildirir. Tezliklə Takao Yukinonun əsl şəxsiyyətini və şəxsi problemlərini öyrənir, ikili arasında emosional münasibətlər yaşanır. Şinkay hekayəni "tənha kədər nağılı" kimi yazdığını bildirmiş, yapon dilindəki ənənəvi "sevgi" sözünün mənasından ilhamlanmış və ayaqqabıdan həyat üçün metafor kimi istifadə etmişdir. Əsas mövzunu yağış, Manyoşuu poeziyası və yapon bağçası təşkil edir. Şinkaya görə əsas personajlar arasındakı yaş və şəxsiyyət fərqləri hətta yetkinlərin belə özlərini yeniyetmə kimi hiss edə biləcəklərini göstərir.
"Söz bağçası" filminin premyerası 28 aprel 2013-cü ildə Avstraliyada keçirilmiş Qızıl Sahil Film Festivalında baş tutmuşdur. 31 may 2013-cü ildə Yaponiya premyerası baş tutmuşdur. Azərbaycanda isə 19 fevral 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş etdirilmişdir. Yaponiya premyerası zamanı Şinkayın rejissoru olduğu "Dareka no Manazashi" (だれかのまなざし?, azərb. Kimsənin baxışı) adlı qısametrajlı anime filmi ilə birlikdə ekranlaşdırılmışdır. Yaponiya premyerasının baş tutduğu gün film iTunes üçün buraxılmışdır. DVD və Blu-ray buraxılışlarının buraxıldığı 21 iyun 2016-cı il tarixində film hələ kinoteatrlarda nümayiş etdirilirdi. Film Şimali Amerikada Sentai Filmworks, Böyük Britaniyada Anime Limited, Avstraliya və Yeni Zelandiyada isə Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. Bir çox yerli və beynəlxalq film tədbirlərində nümayiş etdirilmişdir. Film 2013-cü ildə iTunes-da ilin ən yaxşı animasiyası seçilmişdir. 2013-cü ildə Animation Kobe Bədii Film Mükafatına layiq görülmüş, Fantaziya Beynəlxalq Film Festivalında və Ştutqart Animasiya Filmi Festivalında mükafatlar qazanmışdır. Filmin çizimləri ümumilikdə müsbət rəylər almış, lakin hekayənin uzunluğu, məzmunu və emosional klimaksı ilə bağlı müxtəlif fikirlər səsləndirilmişdir.