Dareka no Manazashi
From Wikipedia, the free encyclopedia
Dareka no Manazashi (だれかのまなざし?, azərb. Kiminsə baxışı) – 2013-cü il istehsalı qısametrajlı anime filmi. Makoto Şinkay ssenaristliyi və rejisorluğu ilə çəkilmişdir. 10 fevral 2013-cü il Tokyo Beynəlxalq Forumunda ekranlaşdırılmışdır. Həmçinin, Şinkayın 31 may 2013-cü ildə "Söz bağçası" anime filminin premyerası ilə birlikdə nümayiş etdirilmişdir. Daha sonra 2013-cü ilin sentyabrından 2014-cü ilin yanvarına kimi YouTube-da yayımlanmışdır. "Dareka no Manazashi" yenicə müstəqil olan bir gənc qadının yetkinliyə çatması və onun atası ilə olan münasibətinin dəyişməsindən bəhs edən futuristik hekayədir. Hekayə ailə həyatını xatırladan səhnələrdən, qızın babası və ailə pişiyi ilə olan münasibətindən bəhs edir.
Dareka no Manazashi | |
Anime filminin posteri. | |
だれかのまなざし azərb. Kiminsə baxışı | |
---|---|
Janr | dram, həyat dilimi,elmi fantastika |
Anime | |
Rejissor | Makoto Şinkay |
Ssenarist | Makoto Şinkay |
Bəstəkar | Akihisa Matsuura |
Studiya | CoMix Wave Films |
Vaxt | 7 dəq. |
Anime və manqa portalı |
Film CoMix Wave Films, NEST və TYO M1 Production tərəfindən The Answer Studio Co., Ltd. ilə birgə istehsal olunmuşdur. Personajları Fumi Hirano, Satomi Hanamura və Şinci Oqava səsləndirmişdir. Digər aparıcı heyətə bu şəxslər daxildir: Makato Tayqa, Miho Suzuki və Takumi Tanci. Filmin bəstəkarı isə Akihisa Matsuura olmuşdur. Filmin mahnısı "Sore de Ii yo" (それでいいよ?, azərb. Hər şey yaxşıdır) Kazusa tərəfindən bəstələnmiş və ifa edilmişdir.
Filmin qısa metrajlı olmasına görə tənqid edilməsinə baxmayaraq, onlayn şərhlər filmi bədii və səmimi canlılığına görə tərifləmişdir. Film xüsusilə ailə kimi ailə münasibətlərinin zamana görə dəyişməsini vurğuladığına görə yaşlı tamaşaçılar üçün "dərin emosional" olaraq xarakterizə edilmişdir.