Rəsul Çunayev
From Wikipedia, the free encyclopedia
Rəsul Abakar oğlu Çunayev (7 yanvar 1991; Balakən rayonu, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Rəsul Çunayev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub.
Rəsul Çunayev | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Rəsul Abakar oğlu Çunayev | |||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 7 yanvar 1991(1991-01-07) (33 yaş) | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||
Boyu | 176 sm. (5 ft 6 in) | |||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | |||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2000—2021 | |||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | İsmayıl Çöpçiyev | |||||||||||||||||||||||||||||||||||||
Komandası | Neftçi İdman Klubu | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Rəsul Çunayev həmçinin 2015-ci ildə Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatının qalibi olub.
Rəsul Çunayev 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının qızıl medalını qazanıb. Rəsul Çunayev həmçinin 2014 və 2018-ci illərdə Avropa Çempionatının gümüş medallarına sahib oldu. 2013-cü ildə o, Kazan Universiadasının da qalibi olub.
Rəsul Çunayev Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə,[1] 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.[2]
Karyerası ərzində 37 beynəlxalq yarışa qatılan Rəsul Çunayev onların 13-də qızıl medal, 6-da gümüş medal, 12-də isə bürünc medal qazanıb. Rəsul Çunayev həmçinin Dövlət Sərhəd Xidmətinin zabitidir.