Rüstəm Fəzail oğlu Orucov (d. 4 oktyabr 1991, İrkutsk, Rusiya Federasiyası) — Azərbaycanlı cüdoçu. Rüstəm Orucov 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Rüstəm Orucov Avropa Çempionatında; 2016-cı ildə qızıl medala (komanda yarışlarında bürünc medal) layiq görülüb. Rüstəm Orucov 2016-cı ildə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Cəld faktlar Şəxsi məlumatlar, Tam adı ...
Rüstəm Orucov
Thumb
Rüstəm Orucov 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Rüstəm Fəzail oğlu Orucov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (33 yaş)
Doğum yeri İrкutsк, Rusiya
Boyu 181 sm. (5 ft 7 in)
Çəkisi 73 kq
İdman növü Cüdo
Karyera illəri 1998—
Məşqçisi Əli Dərvişov
Komandası Orujov Judo Academy
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Rüstəm Orucov 1991-ci ilin 4 oktyabr tarixində Rusiya Federasiyasının İrkutsk vilayətinin Ust-İlimsk şəhərində Azərbaycan ailəsində anadan olub. Rüstəm Orucov hələ 7 yaşından cüdonun sirrlərinə yiyələnməyə başladı. O, 16 yaşına qədər İrkutsk vilayətində yaşadı və burada yeniyetmələr arasında bir-sıra yarışlarda mübarizə apardı. Daha sonra Rüstəm Orucov ailəsi ilə birgə doğma vətəninə, Azərbaycana köçdü və burada "Atilla" klubunda məşq etməyə başladı.

Rüstəm Orucov 2014-cü ilin 28 sentyabr tarixində Elnarə Orucova ilə ailə həyatı qurdu. 2016-cı ilin 9 sentyabr günündə isə Orucovların Safiya adında qız övladı dünyaya gəldi.

Karyerası

Rüstəm Orucovun birinci beynəlxalq turniri 2007-ci ilin sentyabrında Belarusun Brest şəhərində baş tutan Yeniyetmələrin I Avrasiya İdman Oyunları oldu. Həmin turnirin final görüşündə 16 yaşlı Rüstəm Orucov Qazaxıstan nümayəndəsi Almat Muxmadiyev üzərində qələbə qazandı və qızıl medalın sahibi oldu.[1]

Daha sonra Rüstəm Orucov 2009-cu ilin martında Sumqayıt şəhərində baş tutan U-20 Azərbaycan Çempionatında mübarizə apardı. Çempionatın final görüşündə Fəqan Eminoğluna məğlub olan Rüstəm Orucov turniri gümüş medalla başa vurdu.[2]

İyunda isə Rüstəm Orucov IJF European Cup turnirinin İstanbul mərhələsində mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Almaniya nümayəndəsi Franx Konrada, 1/4 final mərhələsində Türjmənistan nümayəndəsi Rahat Qurbanova qalib gələn Rüstəm Orucov, yarım-final mərhələsində Rusiya nümayəndəsi Alexey Veliçxoya məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Azərbaycan nümayəndəsi Emil Həsənov oldu. Həmin görüşdə Rüstəm Orucov rəqibinə məğlub oldu və turniri beşinci pillədə başa vurdu.[3]

Rüstəm Orucovun 2009-cu ildə sonuncu turniri Yunanıstanın Mudanya şəhərində baş tutan U-20 Iliadis Cup beynəlxalq turniri oldu. Nəticədə Rüstəm Orucov həmin turniri bürünc medalla başa vurdu.[4]

2010-cu ildə Rüstəm Orucovun birinci turniri 12-14 martda Sumqayıt şəhərində baş tutan U-20 Azərbaycan Çempionatı oldu. Keçən il turniri gümüş medalla başa vuran Rüstəm Orucov, bu səfər final görüşündə Mirzə Əsgərov üzərində qələbə qazandı və çempionatın qalibi oldu.[5]

Mayda isə Rüstəm Orucov gənclər arasında Atilla Cup beynəlxalq turnirin final görüşündə Orxan Hacıağalıya qalib gəldi və turnirin qızıl medalına sahib oldu.[6]

[7]

2012-ci il:

Uğurları

Əlavə məlumat Sıra, İl ...
Sıra İl Yarış Şəhər Nəticə
1
2007 Gənclərin Avrasiya Oyunları Belarus Brest
1.
2
2009 Azərbaycan U-20 Çempionatı Azərbaycan Sumqayıt
2.
3
Gənclərin "İliadis U-20 Kuboku" turniri Yunanıstan Mudania
1.
4
7.
5
1.
6
1.
7
1.
8
1.
9
3.
10
1.
11
1.
12
3.
13
1.
14
1.
15
1.
16
1.
17
1.
18
1.
19
2.
20
1.
21
22
Bağla

Həmçinin bax

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.