![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/35/Ruslan_Khomchak%252C_2018%252C_01.jpg/640px-Ruslan_Khomchak%252C_2018%252C_01.jpg&w=640&q=50)
Ruslan Xomçak
From Wikipedia, the free encyclopedia
Ruslan Borisoviç Xomçak (ukr. Русла́н Бори́сович Хомча́к; 5 iyun 1967, Rovno) — Ukrayna hərbi xadimi, general-polkovnik, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini,[1] keçmiş[2][3] Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, 28 mart 2020-ci il tarixinə qədər Baş Qərargah rəisi.[4]
Ruslan Xomçak | |
---|---|
ukr. Руслан Борисович Хомчак | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyun 1967(1967-06-05) (57 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Ukrayna |
Qoşun növü | quru qoşunları |
Xidmət illəri | 2001-ci ildən |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Əvvəllər 21 may 2019-cu il tarixindən etibarən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsini Baş Qərargah rəisi vəzifəsi ilə birləşdirmişdir.[5] Prezident Vladimir Zelenskinin 28 mart 2020-ci il tarixli fərmanı ilə Ali Baş Komandan və Baş Qərargah rəisi vəzifələri bölünmüşdür.[4] Həmin gün Zelenski Xomçakı Baş Qərargah rəisi vəzifəsindən azad etmiş və onu Silahlı Qüvvələrin Baş Komandanı, eyni zamanda Sergey Korniyçuku Baş Qərargah rəisi təyin etmişdir.[4]
27 iyul 2021-ci ildə Ruslan Xomçak Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən azad edilmiş[2] və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.[1]