![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0b/Kinder_und_Hausm%25C3%25A4rchen_%2528Grimm%2529_1812_I_253.jpg/640px-Kinder_und_Hausm%25C3%25A4rchen_%2528Grimm%2529_1812_I_253.jpg&w=640&q=50)
Rumpelstiltskin
From Wikipedia, the free encyclopedia
Rumpelştiltsxen, bəzən Rumpelstiltskin (əsasən ingilis dilli variantda) [1] (alm. Rumpelstilzchen) — məşhur, eyniadlı alman xalq nağılında qəddar cırtdandır.[2] Almaniyadan başqa İngiltərə, Niderland, Çexiyada da müxtəlif adlarla ("Tom Tit Tot", "Päronskaft", "Repelsteeltje", "Cvilidreta", "Rampelník/Rumplcimprcampr") xalq nağılı kimi məşhurdur. 1812-ci ildə Qrimm qardaşları tərəfindən toplanılıb "Uşaq və ailə nağılları" adı altında çap olunmuş nəşrə daxil edilmişdir. Rumpeştiltsxen adının başqa versiyası da var - Utrupistaş.
Cəld faktlar Rumpelştiltsxen, Müəllif ...
Rumpelştiltsxen | |
---|---|
Rumpelstilzchen | |
![]() | |
Müəllif | Yakob və Vilhelm Qrimm qardaşları |
Janr | nağıl |
Dil | alman |
Orijinalın nəşri | XIX əsr |
![]() |
Bağla
Aarne-Tompson Göstəricisinə görə bu süjetin nömrəsi 500-dür: "Fövqəltəbii köməkçinin adı".[3][4] Qrimm qardaşlarının "Uşaq və ailə nağılları" toplusunda nömrəsi 55-dir (KHM 55).
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f9/Grimm%27s_Household_Tales-1912-0140.jpg/640px-Grimm%27s_Household_Tales-1912-0140.jpg)