From Wikipedia, the free encyclopedia
Rola (ローラ, Rora?) və ya əsl adı ilə Eri Sato (佐藤えり, Sato Eri?, 30 mart 1990[1][2], Tokio[d]) – Yaponiya dəb modeli, televiziya şəxsiyyəti,[3] actress[4] aktrisası və müğənnisi.[5] Atası banqladeşlidir, anası ilə rus-yapon qarışığıdır.
Model kimi "Vivi" jurnalındakı işlərinə və modellik reklamlarına görə tanınır.[6][7] 2011-ci ildən etibarən tez-tez Yaponiya televiziyasında çıxış edərək tarento kimi tanınmışdır.[8] Sosial mediada ən çox təqib edilən Yaponiya məşhurlarından biridir.[9] Yaponiyada Libera Production agentliyi ilə əməkdaşlıq edir.[10]
Rola 30 mart 1990-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Atası banqladeşlidir, anası isə yapon-rus qarışığıdır.[11][12] 9 yaşına kimi əsasən Banqladeşdə böyümüşdür və orada Amerikan beynəlxalq məktəbində oxumuşdur.[13] Valideynləri boşandıqdan sonra çinli olan ögey anası tərəfindən böyüdülmüşdür.[14] Ryo adlı əkiz qardaşı və ögey iki bacı-qardaşı var. O və qardaşı banqladeşli ataları tərəfindən müsəlman tərbiyəsi alıblar, lakin Yaponiya mədəniyyətində sərbəst olduğu üçün atası donuz əti yemələrinə icazə verib.[11]
Rola Tokionun Şibuya bölgəsində gəzərkən ona yaxınlaşan bir skaut tərəfindən kəşf edildikdən sonra model olmağa qərar vermişdir.[15]
Rolanın atası Curip 26 iyul 2014-cü ildə Tokioda həbs edilmişdir. Bundan bir il öncə isə dələduzluğa görə İnterpolun axtarılanlar siyahısına salınmışdı.[16]
Yaponiyanın "Popteen" dəb jurnalında bir neçə dəfə göründükdən[17] sonra 2008-ci ildə "Vivi" jurnalı üçün modellik etməyə başlamışdır.[18] Jurnallardan əlavə, podiumlara çıxaraq Tokio qızlar kolleksiyası, Şibuya qızlar kolleksiyası və Qızlar mükafatı kimi dəb şoularında çıxış etmişdir.[17] 2008-ci ildə Kobe kolleksiyası üçün də modellik etmişdir.[19]
2009-cu ildə "Vivi" jurnalının modeli kimi "Vivifleurs" qadın kostyumlarının modeli olmuşdur.[20] 2011-ci ildə Mizuki Yamamoto, Yuri Ebihara, Cessika Miçibata, Tomomi İtano, Hazuki Tsuçiya və Teylor Momsen kimi modellərlə birlikdə Samantha Thavasa dəb leyblının modeli olmuş və reklamlarında iştirak etmişdir.[21] 2012-ci ilin yanvarında Brigitte kosmetika brendinin modeli seçilərək reklamlarında çəkilmişdir.[22]
2012-ci ilin avqustunda ilk dəfə "Vivi" jurnalının üzlüyündə yer almışdır[23] və ilk dəb kitabı "Rola!!" elə həmin ay nəşr olunmuşdur.[24] "Rolanın klozeti" adlı əlavə dəb kitabı isə 26 iyun 2014-cü ildə buraxılmışdır. Bu kitabda Rolanın Instagram platformasında yerləşdirdiyi şəkillər yer almışdır.[25] 2012-ci ilin mayında Peach John qadın altgeyimləri brendinin kataloqunun üzlüyündə yer almışdır[26] və brendin reklamlarında iştirak etmişdir.[27]
2013-cü ildə özünə aid "Vasilisa" brendini qurmuş, 2 parfüm və 5 deodorant buraxmışdır.[28] 2014-cü ilin avqustunda Beams dəb brendi üçün modellik etməyə başlamış, brendin 2014-cü il payız-qış kataloqunda görünmüşdür.[29]
Rolanın tarento karyerası 2010-cu ilin iyununda başlamışdır. Həmin il Nihon TV kanalının "Şabekuri 007" estrada verilişində modellər Lena Fucii və Mitsuki Oyşi ilə birlikdə görünmüşdür.[30] Rola 2011-ci ildə "yüksələn televiziya ulduzu" siyahısında 4-cü yerdə göstərilmiş, 200-dən çox Yaponiya televiziya şousunda görünmüşdür.[31] 2012-ci ilin aprelindən 2014-cü ilin martına kimi Fuji TV tərəfindən yayımlanan "Varatte İitomo" estrada verilişində daimi olaraq görünmüşdür.[32]
2014-cü ilin aprelində Rola Fuji TV kanalının "Danketsu Seyo Quiz" adlı yarışma verilişinin aparıcılığını etmişdir. Verilişdə veteran aparıcı və komediyaçı Atsuşi Tamura ilə çıxış etmişdir.[33]
2017-ci ildə qabiliyyət agentliyi ilə 10 illik "qul" müqaviləsi imzalaması barədə məlumatlar yayılmışdır.[34]
2011-ci ilin oktyabrında Issa və SoulJa tərəfindən hazırlanan "I hate u" mahnısının vokalisti kimi debüt etmişdir.[35] Solo debütünü isə 2012-ci ilin iyulunda "Memories" mahnısı ilə etmişdir. Bu mahnı "Kyurem vs. the Sacred Swordsman: Keldeo" adlı Pokemon filminin mahnısı seçilmişdir. Rola bu anime filmində kiçik rolu da olmuşdur.[36] Mahnı buraxıldığı ilk həftədə Oricon çartında 14-cü yerə yüksəlmişdir.[37] 2012-ci ilin sentyabrında Rola kanadalı müğənni Karli Rae Cepsen ilə tanış olmuşdur və onun "Call Me Maybe" mahnısını səsləndirmişdir.[38]
Rola Twitter şəbəkəsinə 29 fevral 2012-ci ildə qoşulmuşdur.[39] Üç gündən sonra artıq 190 min izləyiciyə sahib olmuşdur.[40] İki həftə sonra bu say 430 minə çataraq Yaponiya modelləri arasında ən yüksək rəqəmə çatmış, hətta Tsubasa Masukavavə Kyari Pamyu Pamyu kimi modelləri keçmişdir.[41] 13 aprel 2012-ci ildə izləyici sayı 670 minə,[42] oktyabr isə 1 milyona çatmışdır.[43] 2014-cü ilin iyununda izləyici sayı iki milyonu keçən 4-cü Yaponiya məşhuru olmuşdur.[44] 2020-ci ilin fevralına olan məlumata əsasən 4,2 milyon izləyicisi var və Yaponiya qadın məşhurları arasında 2-ci yerdədir.[9]
2016-cı ildə çəkilmiş "Rezident şər: Sonuncu fəsil" filmində qadın əsgər Kobaltı canlandırmışdır.
Rola dəb reklamları ilə yanaşı bir çox brendin və məhsulun reklamlarında iştirak etmişdir. 2012-ci ilin aprelində Fujiya şirniyyat brendi ilə müqavilə imzalamış və sentyabrda üzərində Rola şəkilləri olan paketə malik şirniyyatlar buraxılmışdır.[45][46] 2012-ci ilin avqustunda HotLand takoyaki restoranlarının reklamlarında və posterlərində yer almışdır.[47] 2013-cü ildə Tsuyamote Beauty gözəllik məhsullarının, Dr. Scholl's ayaq baxımı brendinin, Momo no Ten-nensui içki brendinin reklamlarında çəkilmişdir.[48][49][50][51] TBC spa şirkətinin televiziya reklamlarında çəkilmişdir.
2014-cü ildə Antenna mobil xəbərlər tətbiqinin reklamında görünmüşdür.[52][53]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.