From Wikipedia, the free encyclopedia
Riçard Koks (ing. Richard Cocks; 1566[1] – 1624[2]) – 1613-1623-cü illərdə Ost-Hind şirkətinin Yaponiya postunun meneceri. Onun Yaponiyadakı biznes fəaliyyətləri uğursuzluqla nəticələnmişdir. Yaponiyadakı həyatı boyunca yazdığı zəngin informasiyalı gündəliyi ilə tanınır.
1565-ci ildə xırda torpaq sahibi Robert Koksun üçüncü oğlu kimi doğulmuşdur.[3] Ost-Hind şirkəti Hirado limanında (indiki Naqasaki prefekturası) ticarət postu qurmaq üçün Riçard Koksun başçılığı altında bir çox taciri Yaponiyaya göndərmişdir.[3] Koks iki dəfə Edo şəhərini ziyarət etmişdir.[3] 1616-cı ildəki ilk ziyarəti zamanı şoqun Tokuqava Hidetada ilə qısa görüşü baş tutmuşdur.[3] Lakin ingilislərin Yaponiyadakı ticarət fəaliyyətləri uğursuzluqla nəticələnmişdir.[3] Hirado limanı ticarət üçün əlverişsiz idi, eləcə də, holland və portuqal tacirlər Yaponiyada ingilislərlə rəqabət aparırdılar.[3]
Koksun effektiv olmayan rəhbərliyi şirkətin Yaponiyadakı tənəzzülünü sürətləndirmişdir.[3] 1623-cü ildə Ost-Hind şirkətinin Hiradodakı ticarət postunu bağlamasından sonra Koksun şirkətə böyük borcu qalmışdır.[3] Londonda keçiriləcək məhkəməyə çağırılan Koks 27 mart 1624-cü ildə yolda ikən dənizdə ölmüşdür.[3] Koksun idarəçiliyi qeyri-effektiv və məsuliyyətsiz olsa da, Yaponiyadakı iqtisadi uğursuzluğun səbəbləri sadəcə onunla bağlı deyildi.[3]
Koks Yaponiyada yaşayarkən 1615-ci ilin iyunundan 1619-cu ilin yanvarına, eləcə də, 1620-ci ilin dekabrından 1622-ci ilin martına kimi gördükləri barədə tamamlanmamış gündəliyində qeydlər aparmışdır.[3] Onun bu qeydlərinə yazdığı uzun məktublar da aiddir.[3] Koksun gündəliyi həmin dövrdə Hirado limanının gündəlik həyat tərzi, biznes münasibətləri, məbədlər və abidələrə ziyarətlər haqqında informasiyalar ilə zəngindir.[3] Gündəlikdə Edo qəsri, Kamakurada Böyük Budda heykəli, Kiotodakı Sancusanqendo məbədi, dini festivallar, populyar əyləncə növləri, zəlzələlər, xidmətçi intiharları, cinayət üçün tətbiq edilən cəzalar haqqında təsvirlər verilmişdir.[3] Koksun gündəlikdə siyasi hadisələrlə bağlı qeyd etdiyi qeyri-dəqiq şayiələr həmin dövrün adi insanlarının siyasət barədə necə də avam olduqlarını göstərir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.