Rita Taketsuru
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Rita Taketsuru (竹鶴リタ?, 14 dekabr 1896, Kirkintillox – 17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovan – şotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur.[1]
Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur.[2] Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur.[2] Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür.[2] Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır.[2]
1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur.[1] Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər.[1] Cessi özünə Rita adını götürmüşdür.[1]
Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş[2] və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər.[1] O, ərinə "Nikka Whisky" şirkətini yaratmaqda və 1940-cı ildə Yaponiyada ilk viskisinin hazırlanmasında böyük dəstək göstərmişdir.[1] Yapon dilini öyrənmiş və yapon mədəniyyəti ilə maraqlanmışdır.[1]
Britaniyalı olduğu üçün İkinci dünya müharibəsi illərində Yaponiya hökuməti onu evində axtarış aparmış, evin damında antena olduğu üçün casusluq etməsindən şübhələnmişdirlər.[1] Yaşadığı çətinliklərə baxmayaraq, o, Yaponiyanı tərk etməmiş, müharibədən sonra şirkətin böyüməsinə kömək etmişdir.[1] 1961-ci ildə Hokkaydonun Yoiçi qəsəbəsində qaraciyər sirrozundan ölmüşdür.[1][2]
Hokkaydo prefekturasının Yoiçi qəsəbəsində yerləşən Rita yolu onun adını daşıyır.[1] Hər il Rita Taketsuru fan-klubunun üzvləri onun məzarını ziyarət edirlər.[2] 1998-ci ildə ona və ərinə həsr olunmuş muzey tikilmişdir.[2]
2015-ci ildə Yaponiyada yayımlanmış "Massan" serialı onun Masataka Taketsuru ilə olan sevgi həyatından təsirlənərək yaradılmışdır.[1] Serialda Ritaya əsaslanaraq yaradılmış Elli Kameyama personajını Şarlotta Keyt Foks canlandırmışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.