![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a5/Privisl_1861.jpg/640px-Privisl_1861.jpg&w=640&q=50)
Riqa sülh müqaviləsi (1921)
Sovet Rusiyası, Ukrayna və Polşa arasında 18 mart 1921-ci ildə Riqada imzalanmış sülh müqaviləsi / From Wikipedia, the free encyclopedia
Riqa sülh müqaviləsi (1921) — bir tərəfdən RSFSR (Belarusiya SSR-ni də təmsil edirdi), Ukrayna SSR, digər tərəfdən Polşa Respublikası arasında imzalanmmış sülh müqaviləsi[1].
Cəld faktlar Riqa Sülh Müqaviləsi (1921), İmzalanma tarixi ...
Riqa Sülh Müqaviləsi (1921) | |
---|---|
İmzalanma tarixi | 1921-ci il 18 mart |
İmzalanma yeri | Riqa, Latviya |
Qüvvədən düşməsi | 1939-cu il 17 sentyabr |
İmzalayanlar |
![]() ![]() ![]() |
Tərəflər | RSFSR, Ukrayna SSR, Belarusiya SSR və Polşa Respublikası |
Status | qüvvədən düşüb |
Dilləri | rus dili, polyak dili, ukrayn dili |
![]() |
Bağla
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a5/Privisl_1861.jpg/320px-Privisl_1861.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ad/%D0%93%D1%80%D0%B0%D0%BD%D0%B8%D1%86%D0%B0_1793-1921.png/320px-%D0%93%D1%80%D0%B0%D0%BD%D0%B8%D1%86%D0%B0_1793-1921.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9f/Caricature_for_Riga_Peace_1921.png/640px-Caricature_for_Riga_Peace_1921.png)
1921-ci il martın 18-də Riqada imzalanmışdır. Saziş üç tam hüququlu bərabər nüsxədə rus, ukrayna və polyak dillərində tərtib edilmiş və ratifikasiya edildikdən sonra qüvvəyə minmişdir. 1921-ci il aprelin 14-də müqavilə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən, aprelin 15-də - Polşa Respublikası Seymi tərəfindən, aprelin 17-də - Ukrayna SSR-nin Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edildi.
Müqavilənin təsdiqlənməsi ilə Sovet-Polşa müharibəsi (1919-1921) də sona çatmış oldu[2].