From Wikipedia, the free encyclopedia
Renzaburo Şibata (柴田錬三郎, Şibata Renzaburo?, 26 mart 1917[1], Tsuruyama[d], Okayama prefekturası – 30 iyun 1978[1], Tokio) – Yaponiya romançısı.
Renzaburo Şibata 1917-ci ildə Yaponiyanın Okayama prefekturasında doğulmuşdur.[2] Keyo Universitetini bitirmişdir.[2] "İesu no sue" adlı qısa hekayəsinə görə 1951-ci ildə Naoki mükafatını qazanmışdır.[2] 1956–1958-ci illərdə "Shukan shincho" həftəlik jurnalında nəşr olunan "Nemuri Kyoşiro buray hikae" adlı tarixi romanı ilə məşhurlaşmışdır.[2] Roman kobud və hissiz qılınc ustası olan Nemuri Kyoşirodan bəhs edir.[2] Roman o qədər uğurlu olmuşdur ki, tempi sürətli olan, döyüş üslubunda olan bir çox davam romanı yazmışdır.[2] Qomi Yasusuke ilə birlikdə 1950-ci illərdə məşhurlaşan kenqo (güclü qılınc ustası) janrını yaratmışdır.[2]
Digər əsərlərinə "Akay kaqeboşi" (1960) daxildir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.