Reductio ad absurdum
From Wikipedia, the free encyclopedia
Reductio ad absurdum (azərb. Cəfəngiyyata endirilmə), həmçinin argumentum ad absurdum (azərb. Cəfəngiyyat haqqında arqument) və ya apaqogik arqument — əks ssenarinin cəfəngiyyata və ya ziddiyyətə səbəb olacağını göstərməklə iddia yaratmağa çalışan arqument forması.[1][2][3][4]
Bu arqument formasının mənşəyi Qədim Yunanıstan fəlsəfəsinə gedib çıxı. Tarix boyu həm formal riyazi və fəlsəfi mülahizələrdə, həm də mübahisələrdə istifadə edilmişdir. Ekvivalent formal qayda inkarın təqdim edilməsi kimi tanınır. Əlaqədar riyazi sübut texnikası ziddiyyətlə sübut adlanır.