Rauf Müslüm oğlu Qurbanov (13 avqust 1962, Kirovabad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsinin sədri, AKP Mərkəzi Komitəsinin sabiq sədr müavini.

Cəld faktlar Seçki dairəsi, Əvvəlki ...
Rauf Qurbanov
Thumb
2000 2005
Seçki dairəsiProporsional siyahı
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri
bayraq2
23 sentyabr 2013 2023
ƏvvəlkiTelman Nurullayev
SonrakıVəzifə ləğv edildi.
Rəsmi dövlət qeydiyyatlı
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri
bayraq2
23 dekabr 2007 23 sentyabr 2013
Rəsmi dövlət qeydiyyatı olmadan
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini
bayraq2
2001 23 dekabr 2007
SədrRamiz Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 13 avqust 1962(1962-08-13) (62 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Bağla

Həyatı

Rauf Müslüm oğlu Qurbanov 1962-ci ilin avqust ayının 13-də Gəncədə anadan olmuşdur. 1969–1979-cu illərdə orada Məhəmməd Füzuli adına 22 nömrəli tam orta məktbə təhsil almışdır. Daha sonra Gəncə Konserv Zavodunda işçi kimi çalışmağa başlayan Rauf Qurbanov, 1981–1983-cü illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Texnologiya İnstitutunda şərabçılığın texnologiyası fakültəsində[1] təhsilini alan Qurbanov bu dövrdə ümumi peşələr fakültəsinin dinləyicisi olmuş, təlim-təbliğat bölməsinin tam kursunu bitirmiş və komsomolun 14 saylı diplomuna əsasən təbliğatçı adı almışdır.

Rauf Qurbanov 1987-ci ildə ali təhsilini başa vurmuşdur. O, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. 2005-ci ildə isə o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

Siyasi fəaliyyəti

Rauf Qurbanov 1984-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1985–1995-ci illərdə kənd təsərrüfatı sənayesi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

1993-cü ildə Azərbaycan Kommunist Partiyasının bərpası prosesində iştirak edərək partiyanın üzvü olmuşdur. O, 1995–1997-ci illərdə Azərbaycan Kommunist Partiyası Şəmkir Rayon Partiya Təşkilatının birinci katibi, 1997–2000-ci illərdə Gəncə Şəhər Partiya Təşkilatının birinci katibi, 2001-ci ildən 2007-ci ilədək isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini vəzifəsində çalışmışdır.[2]

1996-cı ildə Azərbaycan Kommunist Partiyası daxilində baş verən parçalanma zamanı Ramiz Əhmədov qanadında yer almışdır. Ramiz Əhmədovun ölümündən sonra Rüstəm Şahsuvarov da 14 oktyabr 2007-ci ildə qurultay keçirmiş və özünün sədr seçildiyini elan etmişdir. 23 dekabr 2007-ci ildə Azərbaycan Kommunist Partiyasının Növbədənkənar XXXVII (III) Qurultayında partiyanın Mərkəzi Komitəsinin sədri seçilmişdir.[3][4] Gülnisə Məhsimova isə sədrin müavini seçilmişdir.[5] 2015-ci ildə Gülnisə Məhsimova sədrliyə iddia irəli sürdü. 1 mart 2015-ci ildə Azərbaycan Kommunist Partiyasının XXVIII (IV) Qurultayı keçirilir və Gülnisə Məhsimova Mərkəzi Komitənin sədri seçilir. Qurultay zamanı Rauf Qurbanov partiya sıralarından uzaqlaşdırılmışdır. Lakin bu qurultay rəsmi olaraq qəbul edilməmiş, Rauf Qurbanov qanadı paralel olaraq Gülnisə Məhsimovanın partiyadan uzaqlaşdırıldığını iddia etmişdir.[6] Bu dövrlər ərzində partiya qanadları və ya fraksiyaları arasında qarşıdurmalar yaşanmışdır.[7] Müxtəlif dövrlərdə müxtəlif qanadlar rəsmi olaraq qeydiyyata alınmışdır. Rauf Qurbanovun rəhbərlik etdiyi qanad 2013-cü ildən 2017-ci ilədək tək leqal qanad hesab olunmuş, daha sonra isə Hacı Hacıyevin rəhbərlik etdiyi qanadla paralel rəsmi olaraq qeydiyyatda olmuşdur.

Rauf Qurbanov həmçinin, 1997-ci ildən 2008-ci ilədək Kommunist Partiyalar İttifaqı-Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Şurasının üzvü olmuşdur.[8] 2008-ci ildə Azərbaycan Kommunist Partiyasının sədri seçilməsi səbəb ilə Siyasi Şuradan çıxarılmış və KPİ-Sov. İKP Şurasının İcraiyyə Komitəsinə üzv seçilmişdir.

KPİ-Sov. İKP-nin XXXI, XXXII, XXXIII, XXXIV qurultaylarında qurultay nümayəndəsi olmuşdur.

Seçkilərdə

Rauf Qurbanov 2000-ci il parlament seçkilərinə Azərbaycan Kommunist Partiyası sıralarından proporsional seçki üzrə hazırlanmış vahid siyahı ilə qatılmışdır. O, siyahıda 2-ci sırada olmuş, partiyanın 182.029 səs alaraq proporsional seçki üzrə 4-cü partiya olması ilə millət vəkili seçilmişdir.

Rauf Qurbanov 2010-cu il parlament seçkilərində 39 sayılı Kəpəz birinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[9] O, 1305 səs toplayaraq seçkiləri 3-cü tamamlamışdır.[10]

Rauf Qurbanov 2015-ci il parlament seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[11] O, 1708 səs toplayaraq seçkiləri 3-cü tamamlamışdır.[12]

Rauf Qurbanov 2020-ci il parlament seçkilərində Gəncə şəhəri 37 sayılı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[13] O, 957 səs (5,93%) toplayaraq altıncı olub.[14]

Rauf Qurbanov 2024-cü i il parlament seçkilərində 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[15]

Parlamentdə

Rauf Qurbanov Azərbaycan Respublikası Milli Məclisinin II çağırışında təhlükəsizlik və müdafiə məsələləri Daimi Komissiyasının üzvü olmuşdur.[16] O, həmçinin Azərbaycan-Meksika və Azərbaycan-Slovakiya parlamentlərarası işçi qruplarının da üzvü olmuşdur.[17]

Təltifləri

Mənbə

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.