Birləşmiş Krallıqda nüfuzlu ali təhsil müəssisələrinin assosiyasiyası From Wikipedia, the free encyclopedia
Rassell qrupu (ing. Russell Group) ― Britaniyada fəaliyyət göstərən 24 aparıcı tədqiqat universitetinin təmərküzləşdiyi assosiyasiya.[1]
Rassell qrupu | |
---|---|
ing. Russell Group | |
Növü | Ali təhsil müəssisələrinin assosiyasiyası |
Yaranma tarixi | 1994 |
Rəsmi dili | İngilis dili |
Mərkəzi | Steyşn Roud, Kembric |
Fəaliyyət göstərdiyi yer | Britaniya |
Prezident | Nensi Rosvel |
Üzvləri |
24
|
russellgroup.ac.uk |
1994-cü ildə yaradılmış təşkilat Britaniyadakı qabaqcıl ali təhsil ocaqlarında aparılan tədqiqatları daha da intensivləşdirmək və koordinasiya etmək məqsədilə dövlət tərəfindən formalaşdırılmışdır.[1] Sözügedən qrupda cəmlənmiş müəssisələr Böyük Britaniyanın ən nüfuzlu universitetləri hesab olunurlar və eyni zamanda, tədqiqat universiteti statusuna malikdirlər.[2]
Hazırda, Britaniyada ali təhsil tələb edən işlərin 61%-də Rassell qrupuna üzv universitetlərin məzunları çalışır.[3] Bundan əlavə, Birləşmiş Krallıqda əldə olunmuş doktorantura elmi dərəcələrinin 60%-i də qeyd olunan qrupun üzvlərinin payına düşür.[4] Rassell qrupu üzvü olan ali təhsil müəssisələrinin tədqiqatlarının 68%-i "Dünya miqyaslı" hesab olunur.[4]
Universitet[5] | Qoşulduğu il | Elmi heyət üzvü (2018/19)[6] | TEF mükafatı[7] |
---|---|---|---|
Qlazqo Universiteti | 1994 | 4,020 | Qızıl |
Bristol Universiteti | 1994 | 3,285 | Gümüş |
Kembric Universiteti | 1994 | 6,215 | Qızıl |
Kardiff Universiteti | 1998 | 3,330 | Gümüş |
Durhem Universiteti | 2012 | 1,720 | Qızıl |
Edinburq Universiteti | 1994 | 7,310 | − |
Ekzeter Universiteti | 2012 | 2,810 | Qızıl |
Birminhem Universiteti | 1994 | 4,275 | Qızıl |
London İmperial Kolleci | 1994 | 4,055 | Qızıl |
London Kral Kolleci | 1998 | 4,390 | Gümüş |
Lids Universiteti | 1994 | 3,785 | Qızıl |
Liverpul Universiteti | 1994 | 3,005 | Gümüş |
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi | 1994 | 1,725 | Bürünc |
Mançester Universiteti | 1994 | 5,080 | Gümüş |
Nyukasl Universiteti | 1994 | 3,010 | Qızıl |
Nottinqem Universiteti | 1994 | 3,495 | Qızıl |
Oksford Universiteti | 1994 | 6,905 | Qızıl |
London Şahzadə Meri Universiteti | 2012 | 3,235 | Gümüş |
Belfast Şahzadə Universiteti | 2006 | 1,905 | − |
Şeffild Universiteti | 1994 | 3,495 | Gümüş |
Sauthempton Universiteti | 1994 | 2,735 | Gümüş |
London Universitet Kolleci | 1994 | 7,700 | Gümüş |
Uorvik Universiteti | 1994 | 2,635 | Gümüş |
York Universiteti | 2012 | 1,935 | Qızıl |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.